BolgeXeber.Com » Gündəm » «Oazis»restoranının müdiri təlaş içində

«Oazis»restoranının müdiri təlaş içində

2-08-2013, 16:50
Oxunub: 5 858 Sənədsiz restoran işlədən müdir Kəmaləddin Heydərovun hədəfinə gəlib

Bakıda ən məşhur restoranlardan biri olan «Oazis» yaxın vaxtlarda əl dəyişdirə bilər. Bu barədə tia.az-a məlumat verən mənbə bildirir ki, indiyə qədər sənədləri qaydasında olmayan restoranın müdiri də qorxuya düşüb. Səbəb isə iri çinli məmurlardan birinin həmin obyekti ələ keçirmək istəyidir.

Məlumatlarda vurğulanır ki, hal hazırda sənədləri qaydasına salmaq istəyən «Oazis»in rəhbəri istəyinə nail ola bilmir. İddialara görə, ona bu məsələdə maneçilik törədən şəxs isə FHN şefi Kəmaləddin Heydərovdur. Mənbə qeyd edir ki, yaxın vaxtlarda restoran əl dəyişdirərək, nazirin nəzarətinə keçəcək. Məlumatda o da vurğulanır ki, Heydərovun adamları artıq bir neçə dəfə dolayı yolla restoran sahibinə xəbərdarlıq edib.