BolgeXeber.Com » Gündəm » Ana Vətən Partiyası Qurultay keçirir

Ana Vətən Partiyası Qurultay keçirir

3-08-2013, 11:25
Oxunub: 4 494 Ali yığıncaqda bir sıra bəyanat qəbul olunub
Bolgexeber.com bildirir ki, bu gün Ana Vətən partiyasının(AVP) 6-cı qurultayı keçirilir. Tədbirdə Bakı ilə yanaşı, 62 rayonu təmsil edən nümayəndələr bu ali yığıncaqda iştirak edir. Tədbir iştirakçıları qurultaydan öncə Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin və Şəhidlər Xiyabanında Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxsləri ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan partiya sədri, millət vəkili Fəzail Ağamalı Qurultayın katibliyi üçün səsvermə elan edib, Məmmədova Leyla, İsmayılova, Tünzalə və İsmayılova Leyla qurultayın katibi seçildi. Yunisov Hikmət, İmanova Mədinə, Fərzəliyev Hikmət, İbrahimov Mikayıl say komissiyasının üzvləri seçildi. Tədbirdə həmçinin Güney Azərbaycan və işğal altında olan torpaqlarımızla bağlı bəyanat qəbul olunub. Güney Azərbaycanla bağlı qəbul olunan bəyanatda fars şovinizmdən əziyyət çəkən soydaşlarımızın aqibəti ilə bağlı narahatlıq bildirilir və Lətif Həsənli, Yürüş, Mehrəlibəyli, Mahmud Fəzli, Behbud Quluzadə, Şəhram Radmehrinin 20 gündür ki, aclıq aksiyası keçirdiyi bildirilir. Partiya aclıq edən soydaşlarımızın aclığı dayandırması və İranda onlara qarşı olan təzyiqlərin bitməsini tələb edir.
Digər bəyanat isə İşğal altında olan torpaqlarımızla bağlıdır. Bəyanatda 200 ildən çoxdur Qafqazda məskunlaşan və nəinki region, bütün dünya sivilizasiyası üçün böyük təhlükə olan erməni qəsbkarlığından söhbət açılır və Azərbaycan xalqının gec tez öz ərazi bütövlüyünü bərpa edəcəyi bildirilir.
Bolgexeber.com