BolgeXeber.Com » Gündəm » Daha bir siyasi məhbus azadlığa buraxıldı

Daha bir siyasi məhbus azadlığa buraxıldı

3-08-2013, 16:10
Oxunub: 3 124 İlahiyyatçı Cavid Məmmədov avqustun 2-də azad edilib. Bu haqda Turan-a Salyanda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov bildirib.
C.Məmmədov 2012-ci il oktyabrın 17-də Nəsimi polisi tərəfindən saxlanılıb. Həbs olunduqdan az sonra mətbuatda C.Məmmədovun 2012-ci il oktyabrın 5-də keçirilmiş hicab aksiyasının təşkilatçısı kimi saxlanması haqda məlumatlar gedib. Amma bu xəbərlər təsdiqini tapmayıb.
C.Məmmədova qarşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsi ilə cinayət işi qaldırılıb.
Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ilahiyyatçı C.Məmmədova 2,5 il azadlıqdan məhrumetmə cəzası istəyib. Hakim isə 1 il azadlıqdan məhrumetmə qərarı verib. Avqustun 2-si axşam saatlarında ruhani Cavid Məmmədov cəza müddətindən 2 ay yarım öncə azad olunub.