BolgeXeber.Com » Gündəm » Sabahdan havalar soyuyacaq

Sabahdan havalar soyuyacaq

4-08-2013, 16:30
Oxunub: 4 400 Avqustun 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir
Həftənin ilk iş günündə fasilələrlə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, avqustun 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, fasilələrlə yağış yağacağı gözlənilir.
Bakı və Abşeron yarımadasında temperatur gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 5-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Havanın temperaturu Aran rayonlarında gecə 18-23, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq.
Bolgexeber.com