BolgeXeber.Com » Gündəm » Deputat-rektor Səməd Seyidov məhkəmədə uduzdu

Deputat-rektor Səməd Seyidov məhkəmədə uduzdu

5-08-2013, 13:45
Oxunub: 4 905 Hakim birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayıb
Bu barədə redaksiyamıza daxil olan xəbərdə bildirilir ki, Azərbaycan Dillər Universitetinin «TMT İnşaat» MMC və bu MMC-nin rəhbərliyinə qarşı qaldırdığı iddia ərizəsinə iyulun 31-də Bakı Apellyasiya Məhkəməsində də baxılıb: «Səməd Səmədovun rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin rəsmi iddiaçı qismində çıxış etdiyi məhkəmə işi Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə araşdırılıb. İş üzrə iyulun 31-nə keçirilən iclas saatında universitetin «TMT İnşaat» MMC-nin qanunsuz hesab etdiyi tiklisinin sökülməsi tələbi təmin edilməyib. Hakim birinci məhkəmə instansiyasının qətnaməsini qüvvədə saxlayıb».

Xatırladaq ki, rektor-deputatın iddiasına əvvəlcə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və qeyd edildiyi kimi, bu məhkəmə instansiyası da Dillər Universitetinin iddiasının əsassız olduğu qənaətinə gəlib.

Məsələ ilə bağlı tərəflərin mövqeyini də dərc edə bilərik.