BolgeXeber.Com » Gündəm » Zaqatalanın icra başçısının müavini yayılan şəkli haqda danışdı -Foto

Zaqatalanın icra başçısının müavini yayılan şəkli haqda danışdı -Foto

6-08-2013, 12:10
Oxunub: 10 239
”Görünür kimlərsə mənim hal-hazırda tutduğum vəzifədə olmağımı istəmir” Bildiyiniz kimi bir müddət əvvəl mətbuatda yüksək vəzifəli dövlət məmurun odlu silahla şəkli yayılıb.Məlumatda bildirilib ki, Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Səadət Dibirova şəxsi iş kabinetində odlu silahla şəklini facebook şəbəkəsində yayınlayıb.

Şəkildə S.Dibirovanın qarşısında ikinci silah da diqqətdən
yayınmayıb.Bolgexeber.com-un əməkdaşı məsələyə münasibətini öyrənmək üçün Səadət xanımla əlaqə saxlayıb.Yayılan şəklinə münasibət bildirən Zaqatala rayon icra hakimiyyəti başçısının müavini Səadət Dibirova əməkdaşımıza açıqlamasında bildirib ki,şəkillər mətbuatda getdiyi kimi şəxsi kabinetində yox,evində çəkilib və onun bildiyinə görə internetə bir xanım tərəfindən yerləşdirilib.”Görünür kimlərsə mənim hal-hazırda tutduğum vəzifədə olmağımı istəmir.

Çox guman ki,şəkli də məni gözü götürməyən insanlar yayıb”-, Səadət Dibirova bildirdi.Qeyd edək ki, Səadət Dibirova Zaqatala rayon icra başçısının müavini vəzifəsinə, hal-hazırda Zaqatalanın Mədəniyyət Şöbəsinin müdirəsi Zümrüd xanımın yerinə gəlib və mənbənin bildirdiyinə görə indiki müavinlə keçmiş müavin arasında münasibət heç də yaxşı olmayıb,hətta onlar arasında bir neçə dəfə qalmaqal da yaşanıb.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazıırq.
Bolgexeber.com