BolgeXeber.Com » Gündəm » Azərbaycanda bayram namazının vaxtı açıqlandı

Azərbaycanda bayram namazının vaxtı açıqlandı

8-08-2013, 10:20
Oxunub: 3 588 Azərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bayram namazı avqustun 9-u səhər saat 09.00-da qılınacaq. Bu barədə apa-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan ərazisində bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da Təzə Pir Məscidində qılınacaq.

İdarədən bildirilib ki, yeni Ay Azərbaycan ərazisində hələlik müşahidə olunmayıb.

Qeyd edək ki, dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı bu gün qeyd edilir
Bolgexeber.com