BolgeXeber.Com » Gündəm » Tovuz istiqamətindəki mövqelərimiz Ermənistan tərəfindən atəşə tutuldu

Tovuz istiqamətindəki mövqelərimiz Ermənistan tərəfindən atəşə tutuldu

18-11-2021, 11:43
Oxunub: 2 240 Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 17-si saat 17:54-dən 22:52-dək Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan kəndləri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.