BolgeXeber.Com » Analitika » Mədəni, yoxsa bədəni niyyət?!

Mədəni, yoxsa bədəni niyyət?!

29-04-2014, 06:55
Oxunub: 6 406 Bu gün Azərbaycanda “mədəniyyət” sözünün yalnız quruca adı qalıb

Artıq çoxları bu 11 hərfli sözün nə anlam verdiyini dərk eləməkdə çətinlik çəkir.Ya da hər kəs bu kəliməni özünə sərf edən formada istifadə edir.Necə deyərlər mədəniyyət pərdəsi altında gizlənməyə çalışırlar.

Keçən əsrin 80- və ya 90-ci illərində “Mədəniyyət”deyərkən sözün əsl mənasında “mədəni niyyət” başa düşülürdü.Yəni aktyor öz oyunu ,müğənni öz səsi ,televiziya işçisi öz əxlaqı ilə mədəniyyət nümayiş etdirirdisə indiki dövrdə artıq bu söz tamam fərqli mənada anlaşılır.21-ci əsrdən başlayaraq artıq yavaş-yavaş bu kəlimədə “M” hərfi ilə “B” hərfinin yeri dəyişik düşüb.

Yəni əksər muğənni, aktyor, televiziya işçisi daha çox “Bədəniyyət”göstərərək yadda qalmağa çalışır.Bədənlərini ilə reklam olunaraq məşhur olanlar onları qinayanlara “Siz bunu başa düşməzsiniz.Bu avropaya İnteqrasiyadır” deyərək ,-loru dildə desək ağızlarının üstündən vururlar...!

Gəlin bir nüansa diqqət edək xaricdə də soyunaraq məşhur olanlar kifayət qədərdir.Ancaq adamın Allahı var.Onlar əsl səs,mohtəşəm nümayiş etdirir və sevilir.Biz də də kimisi özünü Jeniffer, Rihanna, Beyonce hesab edir ancaq bir ferqimiz var var;Bizimkilər oxuyarkən səslə oxumağı unudur . Elə bu məqamda, son dövrlər ən çox söz-söhbətə səbəb olan bir faktı yadımıza salaq. Yəqin ki,çoxlarımız bəzi hava verlişini aparan xanımların geyimlərinin şahidi olmuşuq,bu zaman tamaşaçı bir anlıq hava məlumatını unudur,çünki onun üçün artıq başqa abu-hava yaranır.

Xarici telekanallarda hava haqqında məlumatı təqdim edən xanımlar ciddi geyimlərlə tamaşaçının diqqətini verəcəyi informasiyaya yönəldir, bizdə isə bu tam əksinədir, bizdə tamaşaçının gözü həmin xanımın verəcəyi məlumatdan daha çox, onun zahiri görünüşündə, bir də geyimində qalır. Bəli,belə getsə ölkəmizdə Mədəniyyət öz estafetini “Bədəniyyət”-ə verəcək. Axır qəmimiz olsun!


Aytən Yaşar

Bolgexeber.com