İqtisadiyyat və Sənaye Nazirliyi sement istehsalçısına qarşı iş qaldırıb
30-04-2014, 05:40
Oxunub: 6 015
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azərbaycanın sement bazarında monitorinqlərini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Digah qəsəbəsində fəaliyyət göstərən “Tur-M” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan 400 markalı sementin istehsal edildiyi müəyyən olunub. Belə ki, yoxlama zamanı bu sementlərin etiketində xalis çəkinin 50kq±2% göstərildiyi halda, faktiki çəkilərinin etiket göstəricisindən orta hesabla 2 kq az olduğu aşkar edilib.
Bundan başqa, istehsalat sahəsində kisələrə qablaşdırılmış sementlərin çəkilməsi üçün müvafiq qaydada yoxlanılmayıb və nişanlanmamış ölçü cihazlarından istifadə edildiyi müəyyən edilib.
Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “Tur-M” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 28-05-2025, 20:14 : Tramp İlham Əliyevi təbrik etdi
Siyasət / Xəbərlər
- 30-05-2025, 16:45 : DİQQƏT- Bu cərimələr artırıldı
Sosial / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 29-05-2025, 11:44 : Zeynəb Xanlarova adından dələduzluq edildi
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər