BolgeXeber.Com » Analitika » Azərbaycanda polis idarələrində “Facebook ştatı” açıldı

Azərbaycanda polis idarələrində “Facebook ştatı” açıldı

15-04-2013, 09:15
Oxunub: 4 555 Bolgexeber.com bizimyol.info-ya istinadən xəbər verir ki, Azərbaycanın şəhər və rayon polis idarə və şöbələrində ayrıca “Facebook ştatları” yaradılıb. Məlumatda qeyd olunur ki, informasiya texnologiyaları sahəsində ixtisaslaşan gənclərə aylıq 250-300 manat maaş verilir. Onlar polis şöbələrində ayrıca iş otaqları və yüksək sürətli internetlə təmin olunublar. Vəzifələri isə həmin rayonda olan müxalif partiya fəallarına və azad düşüncəli gənclərə nəzarət etməkdir. Gün ərzində siyasi fəalların“Facebook”dakı fəaliyyətini izləyəndən sonra polis rəisinə yazılı məlumat verilir.