BolgeXeber.Com » Analitika » İsmət Abbasov vurulacaq?

İsmət Abbasov vurulacaq?

20-04-2013, 10:25
Oxunub: 5 113 İsmət Abbasov hakimiyyət kulislərində əsas müzakirə obyektidir
Bəzi hakimiyyət qruplaşmaları öz sekçki təkliflərində göstərirlər ki, prezident rayonlarda təbliğat kampaniyasına yeni təyin olunmuş kənd təsərrüfatı naziri ilə başlasın; elə bu üzdən prezident seçkilərinin başlanğıcında İsmət Abbasovun vəzifədən alınması və nazirlikdə hay-küylü korrupsiya həbslərinin aparılması artıq çoxdan hakimiyyət kulislərində müzakirə olunur…

Azərbaycanda ən geridə qalmış və hər il daha da bərbad vəziyyətə düşən iqtisadi sahələrdən biri, bəlkə də birincisi aqrar sektordur. Baxmayaraq ki, dövlət hər il kənd təsərrüfatının inkişafı üçün yüz milyonlarla manat yardım ayırır, bu sahədə inkişaf əldə etmək mümkün olmur.

Qeyd edək ki, sovet dönəmində kənd təsərrüfatı Azərbaycanın əsas gəlir mənbələrindən biri idi. Lakin müstəqillik əldə olunduqdan sonra kolxozların ləğvi ilə kənd təsərrüfatına böyük tənəzzül yarandı. Dövlət bu tənəzzülü ortadan qaldırmaq üçün kənd təsərrüfatını gəlir vergisindən azad etməsinə, kəndli təsərrüfatlarına hər il müxtəlif subsidiyalar və yardımlar ayrmasına baxmayaraq, bu sahədə tənəzzül davam etməkdədir. Üstəlik ildən ilə Azərbaycanın məhsuldar torpaqları şorlaşaraq sıradan çıxmaqdadır. Mütəxəssislərin fikrincə kənd təsərrüfatında tənzzülün davam etməsi, bu sahədə böyük korrupsiyaların olmasıdır.

Kənd təsərrüfatının ağınacaqlı vəziyyəti ilə bağlı daxil olan məlumata görə bir zamanlar iqtisadiyyatımızın aparıcı sahəsi olan kənd təsərrüfatının günü-gündən dağılmasının əsas səbəlrindən biri nazir İsmət Abbasovun yürütdüyü siyasətdir. Belə ki, nazir dövlətin ayırdığı subsidiya, yardım və aşağı faizli yardımları özünün əsas gəlir sahəsinə çevrilib. Hər il Azərbaycanda min hektarlarla əkinə yararlı olmayan torpaqlar əkin sahəsi olaraq göstərilir və dövlət büdcəsindən külli miqdarda vəsait mənimsənilir. Nazir isə məhsuldarlığın aşağı olmasını adətən hava şəraiti ilə əlaqələndirir. Lakin Azərbaycandakı hava şəraiti sovet dönəmindəki hava şəraitindən fərqlənmir. Məhsuldarlıq isə faktiki olaraq on dəfələrlə aşağı düşüb.

Mənbənin bildirdiyinə görə aqrar sektordakı acınacaqlı vəziyyət höküməti də narahat etməkdədir. Çünki aqrar sektor büdcənin üstündə ağır yükə çevrilib. İstehsal olunan məhsul isə həm az, həm də keyfiyyətsiz olduğuna görə dövlət xaricdən taxıl məhsulları almaq məcburiyyətindədir. Problem isə ondadır ki, Kənd Təsrrüfatı Nazirliyi aqrar sektoru tamamilə başlı başına buraxıb. Bu sahə də nazirliyin gördyüyü əsas işlərdən biri ancaq dövlətin ayırdığı pulları «yusaqdan» ibarətdir. Belə ki, Azərbaycanın xaricdən gətirdiyi gübrələr baha qiymətə başa gəlir.

Mənbəninin bildirdiyinə görə uzun illərdir ki, Azərbaycan Ukraynadan gübrə alır. Gübrə alınan şirkətin rəhbəri isə nazir İsmət Abbasovun tələbə yoldaşıdır. Üstəlik həmin şirkətin səhmlərinin böyük hissəsi ermənilərə aiddir və nazirin tələbə dostunun da məhz erməni əsilli olduğu bildirilir.

Dövlət gübrəni kəndlilərə 50% subsidiya ilə verməsinə baxmayaraq, gübrənin qiymətlənin şişirdilməsi nəticəsində kəndli son nəticədə 100% qiymətinə alır. Üstəlik 50% faiz subsidiya ilə gübrə almaq üçün məmurlara rüşvət də verir.

Bundan başqa dövlətin ayırdığı kreditlə alınan texnikanın kəndlilərin təsərrüfatlarında çalışmaq üçün rayonlarda «AqroServis»lərin təyin etdiyi qiymətlər şəxsi adamların texnikalarının işlətmə qiymətlərindən 50% faiz artıqdır. «AqroServis»lərin rəhbərləri həmçinin pulu əvvəlcədən tələb edirlər.

Məlumatda həmçinin bildirilir ki, bu günə qədər Kənd Təsərrüfatı Nazirliyi aqrar sektordakı tənəzzülü dayandırmaq üçün heç bir kompleks tədbir həyata keçirməyib. Müxtəlif tədbirlər isə yalnız reklam xarakterli olub. Əslində isə kəndli təsərrüfatları həmin tədbirlərdən qətiyyən yaralana bilməyib.

Mənbənin sölərinə görə qarşıdan gələn prezident seçkiləri ilə bağlı hakimiyyətdə kənd təsərrüfatının vəziyyəti ilə bağlı ciddi narahatçılıq var. Belə ki, rayon əhalisinin əsas iş yeri olan kənd təsərrüfaiında çalışan kəndlilərin qazancları ildən-ilə aşağı düşür. Bu isə rayonlarda əhalinin hakimiyyətdən narazılığını artıran faktora çevrilib. Elə ona görə də Bakıdan fərqli olaraq rayonlar ölkənin əsas sosial gərginlik nöqtələrinə çevrilir.

Bildirilir ki, elə bu üzdən prezident seçkilərinin başlanğıcında İsmət Abbasovun vəzifədən alınması və nazirlikdə hay-küylü korrupsiya həbslərinin aparılması artıq çoxdan hakimiyyət kulislərində müzakirə olunur. Bəzi hakimiyyət qruplaşmaları öz sekçki təkliflərində göstərirlər ki, prezident rayonlarda təbliğat kampaniyasına yeni təyin olunmuş kənd təsərrüfatı naziri ilə başlasın və rayonların əhalisində yeni ümid stimulu yaratsın. Bu həmçinin rayonlardakı təbliğatçıların işinə də ciddi yardım göstəcəyi ilə bağlı təkliflərdə səsləndirilir.

Mövzuya qayıdacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…

pia.az