Təhsil naziri daha bir neçə vəzifəli şəxsi cəzalandırdı
17-05-2013, 11:55
Oxunub: 4 894
Təhsil naziri cəzalara başladı
Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılan struktur dəyişiklikləri ilə bağlı olaraq yaradılan və funksiyalarına Nazirliyə daxil olmş müraciətlər əsasında araşdırmaların aparılması həvalə edilmiş Daxili nəzarət şöbəsi tərəfindən hazırda bir sıra şikayətlər nəzərdən keçirilir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış daxili araşdırmalar nəticəsində aşağıdakı faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb:
Vətəndaş M.Kazımovun müraciəti əsasında aparılan araşdırma zamanı şagirdlərin 1-ci sinifə qəbulu ilə bağlı prosedur qaydalarının kobud pozuntusuna görə Suraxanı rayonunda yerləşən 270 nömrəli məktəbin direktoru Talıb Rəhimovvəzifəsindən azad olunub.
Vətəndaş N.Eyvazlının müraciəti əsasında daxili işlər orqanlarına arayışın təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmuş Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşıvə Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənləri iş üzrə Şura Katibliyin bir əməkdaşı tutduqları vəzifədən azad olunublar.
Vətəndaş A.Ağabəyovun müraciəti əsasında aparılmış araşdırma zamanı qulluq mövqeyindən sui-istfadə edərək tədrisdə yaranmış müvəffəqiyyətsizliklərin aradan qaldırılması üçün tələbələrə qeyri-qanuni yolla kömək göstərməyə çalışmış Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduğu vəzifədən azad olunub, həmin kollecin direktoru və direktor müavini aşağı vəzifəyə keçiriliblər.
"Təhsil sistemi ölkənin sosial və iqtisadi inkişafının mühüm elementlərindən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyəti ölkə vətəndaşlarının təhsil alma hüquqlarının təmin edilməsinə yönəlib. Təhsli Nazirliyinin əsas funksiyalarından biri təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarının qorunması məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaqdır. Bu baxımdan Təhsil Nazirliyi öz üzərinə düşən vəzifələrin həyata keçirilməsində sistemli yanaşmanı təmin edəcək"-deyə nazirlik bəyan edib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər