BolgeXeber.Com » Analitika » Xalq üçün «tiryək» neçəyədir?

Xalq üçün «tiryək» neçəyədir?

18-05-2013, 14:40
Oxunub: 5 730 SSRİ dönəmində çəkilməsinə baxmayaraq İsmayıl Şıxlının əsəri və ssenarisi əsasında ekranlaşdırılmış «Dəli Kür» kinofilminə baxan orada özü üçün elə indi də çox şey kəşf edə bilər. Məsələn, filmdəki epizodların birində Rusiyadan gələn ziyalı oxumuş, yerli adam olan Rus Əhmədin yanına gələrək onunla birlikdə Qori Seminariyasına tələbə yığmaq üçün baş axundun mollaxanasına gedir. O savadsız yerli kənd uşaqlarının Gürcüstanda Qori Seminariyasında pulsuz oxuması üçün verilən Nikolayın yazılı göstərişini də Molla Sadıqa təqdim edir.
Baxmayaraq ki, həmin rusun – Çernayevskinin özü çar-üsul idarəsinə qarşı olur, bu göstəriş onun əsl niyyətinə – maarifləndirilməyə xidmət etdiyindən o, bu qərarın icra olunmasına çalışır. Çarın göstərişinə baxan Molla Sadıq aydındır ki, din naminə yox, öz mənafeyi naminə uşaqların təhsil almasına istəmir.
Çünki, dinə ancaq gəlir gözü ilə baxan «geydirmə» axunda insanların, islamın mahiyyətinin əksinə olaraq cəhalətdə qalması sərf edir. Ona görə də o gələn qonaqların elə mollaxanadaca öldürülməsinə işarə verir. Ancaq bəzi nöqsanlarını çıxmaq şərtilə əsl kişilik təcəssümü olan Cahandar ağanın müdaxilsindən sonra gələnlərin başları salamat qalır. Burada diqqətə çatdırmaq istədiyim ən incə və vacib məqam isə mollanın əmri oxuyandan sonra «İmperatorun əmri Allahın əmridir» deməsidir.
Bu epizod necə də bizim dini liderlərin, rəsmilərin yaratdığı dini mühiti xatırladır. Eynilə bizim «geydirmə» rəsmi din xadimlərimiz də Allahın qanunlarını yox, dövlət adamlarının qərarlarını əsas götürürlər. Bütün bunları nəzərə alaraq Karl Marksın ”Din xalq üçün tiryəkdir” fikrini mömin olmayan cahil insanlara və onların cahilliyindən istifadə edən dindarlara aid etmək lazımdır.Əgər islam düzgün yaşanmırsa burda islam dininin heç bir günahı ola bilməz.