BolgeXeber.Com » Ölkə » ŞOK: “Astoriya” klinikası bağlana bilər

ŞOK: “Astoriya” klinikası bağlana bilər

26-03-2015, 10:51
Oxunub: 15 360 ŞOK: “Astoriya” klinikası bağlana bilər“Astoriya” Tibb Mərkəzinin fəaliyyətinə xitam verilə bilər.

Bolgexeber.com bildirir ki,Tia.az-ın xəbərinə görə, klinikada bir neçə həkim cinayətinin baş verməsi lisenziyasına yenidən baxılmasını şərtləndirib. Tibb ocağının bağlanması və yaxud cəzalandırılması istisna edilmir. “Astoriya” klinikasına lisenziya verilib-verilməməsi müzakirə olunur.
Bu klinikada 23-24 yaşlı ana uşağı sağ-salamat dünyaya gətirsə də, özü doğuşdan sonra dünyasını dəyişib. Sözügedən klinikada bu, ilk ölüm hadisəsi deyil. 2013-cü il dekabrın 5-də də “Astoriya” Tibb Mərkəzində körpə dünyasını dəyişib.
Uşağın yaxınları ölümdə həkimi təqsirkar biliblər. Körpənin anası Cəfərova Könül normal hamiləlik keçirib və uşaq sağlam doğulub. Vaxtlı-vaxtında bütün analizlərin verildiyini deyən yaxınlarının sözlərinə görə, uşağın iki gün sonra dünyasını dəyişməsi müəmmalıdır.
Bundan əlavə, “Astoria Tibb Mərkəzi” MMC-nin və orada işləyən həkimin hamilə olmuş bir xanıma vurduğu zərərlə bağlı da məhkəmədə çəkişməsi var. 2013-cü ildə Verdiyeva Könül Ərəbxan qızı hamiləliyi dövründə məsləhət üçün həkim Nigar Abdullayevanın qəbulunda olub.
2013-cü ilin oktyabrın 21-i oğlunu qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib və əməliyyatdan 3 gün sonra evə buraxılıb.
Bundan sonra pasientin xeyli problemləri olub və həkimin səhlənkarlığı, qüsurlu əməliyyatı nəticəsində 27 yaşlı xanım digər həkim tərəfindən qadın orqanlarının əməliyyatına məruz qalıb. O, gənc yaşında ana olmaq hüququndan məhrum edilib.
Bolgexeber.com