BolgeXeber.Com » Ölkə » Bakıda qızıl satıcıları etiraza qalxdı - FOTOLAR

Bakıda qızıl satıcıları etiraza qalxdı - FOTOLAR

27-03-2015, 13:46
Oxunub: 4 682 Bakıda qızıl satıcıları etiraza qalxdı - FOTOLARAzərbaycanda dolların məzənnəsinin qalxması qızıl alqı-satqısı ilə məşğul olanların işində də problem yaradıb.

Bolgexebe.com faktxəbər-ə istinadən məlumat verir ki, alqı-satqıda əziyyət çəkən ticarətçilərdən bir qismi də Azərbaycanın ən çox qızıl satışı ilə məşğul olan “Moskva” Univermağında fəaliyyət göstərir.

Məlumata görə, univermaqda yerləşən bütün ticarət obyektlərində satış dayanıb. Satışları dayanan ticarətçilər bu gün hətta etiraz məqsədi ilə dükanlarını açmayıblar.

Univermağın "Gold Centre" kimi tanınan hissəsinin işçiləri bildirirlər ki, satışlarının azalmasını nəzərə alaraq rəhbərliyin icarə pulunu bir qədər azaldacağını gözləyirlərmiş, amma əksinə, müxtəlif adlarla əlavə 100 AZN də yığılır. Məhz buna görə də satıcılar etiraz məqsədi ilə univermağın qarşısına toplaşıblar. Onlar univermaq rəhbərliyindən icarə pulunun azaldılmasını və 100 manatların yığılmamasını istəyirlər.

Onların bu tələbi qarşısında hərəkətə keçən rəhbərlik, yerpulunun qalması şərti ilə 100 manatların yığılmayacağını deyib.