BolgeXeber.Com » Ölkə » “OZMO” marketlərdən yığışdırılır – 6 milyon manat cərimə…

“OZMO” marketlərdən yığışdırılır – 6 milyon manat cərimə…

28-03-2015, 13:01
Oxunub: 5 991 “OZMO” marketlərdən yığışdırılır – 6 milyon manat cərimə…Son bir ayda, dolların məzənnəsinin manata nisbətən qalxması bazarda əksər məhsulların qiymətinin artması ilə müşahidə olunur

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qiymət artımına qarşı apardığı mübarizənin də heç bir ciddi effekti olmadı. Bu gün bütün marketlərdə qiymət artımı müşahidə olunur və qurum bunun qarşısını almaq gücündə deyil.
Bizimxeber.az-a daxil olan məlumata görə, OZMO məhsulları market və dükanlardan yığışdırılır. OZMO məhsullarının marketlərdən yığışdırılmasının səbəbləri hələlik açıqlanmasa da, ilkin məlumatlar var. Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, OZMO məhsullarının satışını həyata keçirən şirkətdə (MMC) ciddi maliyyə yoxlamaları aparılıb. Bəlli olub ki, bu məhsullarının satışından gələn gəlir vergidən gizlədilir. Nəticədə şirkət 6 milyon manat cərimə olunub. Bu səbəbdən də, OZMO məhsullarının satışına qadağa qoyulub. Bu isə OZMO istehsalçılarını bərk narahat edib və qısa müddətdə Azərbaycan bazarında böyük uğur qazanan bu məhsulun bazardan çıxması ilə nəticələnib.
Daxil olan məlumata görə, ehtimal ki, yaxın vaxtlarda OZMO məhsullarının satışını başqa bir şirkət həyata keçirsin…