BolgeXeber.Com » Ölkə » Metroda elektron fırıldaq – FAKT

Metroda elektron fırıldaq – FAKT

28-03-2015, 13:08
Oxunub: 3 928 Metroda elektron fırıldaq – FAKTBakı Metropoliteninin kart aparatlarında problem yaşanır.

Arqument.az xəbər verir ki, metropolitenin bir çox stansiyalarında aparatlar düzgün çalışmır. Bir gedişin müqabilində 20, bəzən də 40 qəpik kartın balansından silinir.

Qısa müşahidə zamanı məlum oldu ki, bu cür problemlər metronun daha sıx istifadə olunan stansiyalarında baş verir. Sərnişin axını çox olan yerlərdə yaranan nasazlıq isə qurum tərəfindən vaxtlı-vaxtında aradan qaldırılmır.

Qeyri-iş günü olduğundan qurumun məsələyə münasibətini öyrənə bilmədik.