BolgeXeber.Com » Ölkə » İlham Mirzəyevin biznesinə zərbə - İDDİA

İlham Mirzəyevin biznesinə zərbə - İDDİA

28-03-2015, 14:31
Oxunub: 4 331 İlham Mirzəyevin biznesinə zərbə - İDDİADələduz teleaparıcının restoranı əlindən alınıb

Həbsdə olan İlham Mirzəyevin “Tale yolları” şadlıq evi əl dəyişib. Hazırda şadlıq sarayını başqa bir sahibkar idarə edir. Məhbus falçının obyekti artıq müsadirə olunmuş hesab edilib.
BOLGEXEBER.COM bildirir ki,bu xəbəri tia.az-a verən mənbənin sözlərinə görə, “Space” telekanalında yayımlanan “Etiraf” verilişinin aparıcısı İlham Mirzəyevin işi davam edir. Onun cəzalandırılmasına səbəb isə vəzifəliləri də aldatması olub. Falçılıqla məşğul olan teleaparıcı yüzlərlə müştərisinə kələk gəlib.
O, biznesini də məhz falçılıqdan qazanmaqla qurmağa müvəffəq olub. Mənbə bildirir ki, Mirzəyevin biznesinin inkişafına kənardan dəstək də az olmayıb. Həmin qüvvələr isə falçı həbs ediləndən sonra biznesini yağmalayıb.
Onun vaxtilə ölkədən qaçan rektor Elşad Abdullayevin seçki kampaniyasında yaxından iştirak etdiyi da göstərilir. Onun təkcə Bakı şəhərində malik olduğu bir neçə ev, Abşeron ərazisindəki bağlar və bir neçə kommersiya obyektləri də var. “Tale yolları” adlı restoranının qiyməti isə milyonla ölçülür.

BOLGEXEBER.COM