Arzu Rəhimov bu işçisini özbaşına buraxıb...
4-05-2015, 09:24
Oxunub: 4 112
Qurban Şirinov hətta SHXÇDX-nın rəisi Arzu Rəhimovun əmirlərinə belə məhəl qoymadan istədiyi qanunsuz əməllri imza atır
Müharibə vəziyyətində olan bir ölkədə bütün strukturlar saat mexanizmi kimi işləməlidir. Əsasən də orduya, silahlı qüvvələrimizə aid qurumlar öz işlrini ciddi qurmalı, fəailiyyətlərində qusurlara yol verməməlidirlər. Belə bir qurumlardan biridə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. Bu qurum yaradıldığı gündən xeyli müsbət irəliləyişə nail olubdur. Quruma General-leytenan Arzu Rəhimovun təyin olunması bir sıra islahatların aparılması ilə nəticləndi. Bununla belə qurumun bəzi rayon təşkilatları var ki, yenə də qanunsuz əməllər törədilir, valideyinlərdən pul alınaraq sağlam uşağın əsgərliyə getməsinin qarşısı alınır, o cümlədən xəstə gənclər örduya göndərilir. Qurumun bu cür rayon şöbələrindən biri də Suraxanı rayonudur. Redaksiyamıza daxil olan mlumatlara görə Qurban Şirinovun rəisi olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsində hərbi xidmətə yararlı gəncləri bir sıra yollarla ordu sıralarından yayındırılır və bu zaman maraqlarını tam şəkildə təmin etməyə nail olur. Mənbə iddia edir ki, Qurban Şirinov hətta SHXÇDX-nın rəisi Arzu Rəhimovun əmirlərinə belə məhəl qoymadan istədiyi qanunsuz əməllri imza atır. O, şəxsi mənafeyi naminə gəncləri «neqodnıy» etməklə böyük qanun pozuntuzuna rəvac verir: «Belə ki, çağırışçılar, onların valideynləri Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsinin işçilərini «gördükdən» sonra həmin gənclər sağlam olmalarına baxmayaraq, xəstə adı ilə həqiqi hərbi xidmətdən yayınırlar. Beləliklə o müharibə vəziyyətində olan Azərbaycan Ordusunu sağlam əsgərlərdən mərhum edir. Ki, bu da qanunla çox ciddi cinayət hesab olunur. Ümumiyyətlə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsində müşahidə olunan qanun pozuntularına daha çox hərbi xidmətə çağırışdan möhlət hüququ verən halların düzgün müəyyənləşdirilməməsi müstəvisində rast gəlinir. Şübhəsiz bu «proses» Qurban Şirinovun müvafiq razılığı və maraqlarının təmin olunması şərtilə həyata keçirilir. Yəni bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsində hərbi bilet əldə etmək elə də çətin məsələ deyil. Belə ki, hərbi xidmətdən yayınmaq istəyən çağırışçı birbaşa rəisin qəbuluna düşməlidir və yalnız bundan sonra məsələ öz müsbət həllini tapa bilər». gundelik-baku
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər