BolgeXeber.Com » Ölkə » “Avromed” rəhbərinin ikibaşlı statistikası: Feyziyev milyonları vergidən yayındırır
“Avromed” rəhbərinin ikibaşlı statistikası: Feyziyev milyonları vergidən yayındırır
15-05-2015, 10:25
Oxunub: 4 865
Cavanşir Feyziyevin söylədiyi məbləğlə, rəsmi açıqlanan məbləğ arasında 460 milyon dollara yaxın fərq var
Artıq heç kimə sirr deyil ki, ölkənin dərman bazarında əsas söz sahibi olan firmalardan biri "Avromed" dir. Apteklərin böyük hissəsini Cavanşir Feyziyevin sahibi olduğu MMC dərmanla təmin edir.
TİA.AZ-a daxil olan məlumata görə, təkcə ötən ilin yanvar-iyul aylarında ölkəmiz 140 milyon dollar dəyərində dərman idxal edib. Bu aya 20 milyon dollar edir. Depuatın sözügedən məsələ ilə bağlı təxminən, 4 ay öncə verdiyi müsahibəsindəki bəzi məqamlara diqqət yetirsək görərik ki, onun rəhbərlik etdiyi şirkətin illik gəliri kifayət qədər böyükdür.
Belə ki, deputatın da vurğuladığı kimi, hazırda ölkədə 2000-ə yaxın aptek fəaliyyət göstərir. Əgər ölkəyə il ərzində 240 milyon dollarlıq dərman idxal edilirsə, bu o deməkdir ki, hər aptekin payına ayda təxminən, 10 min dollarlıq dərman düşür. Bu isə gündəlik 333 dollar edir.
Hansısa aptekin günlük alverinin 333 dollar olduğuna inanmaq isə sadəlövhlükdən başqa bir şey deyil. 333 dollar bəzi hallarda iki reseptdə yazılan dərmana bəs etmir.
Deməli, rəsmi rəqəmlər həqiqəti əks etdirmir.
Bunu Cavanşir Feyziyevin müsahibəsindəki sonrakı fikirlər də təsdiqləyib. Deputat bildirib ki, əhali il ərzində dərmana 700 milyon dollar xərcləyir. Göründüyü kimi, Cavanşir Feyziyevin söylədiyi məbləğlə, rəsmi açıqlanan məbləğ arasında 460 milyon dollara yaxın fərq var.
Bu, fərqin dərman inhisarçılarının cibinə getdiyi şübhə doğurmur. Ölkənin dərman bazarınının "Avromed" MMC-nin inhisarında olduğunu nəzərə alsaq, deməli adıçəkilən firma il ərzində 100 milyonlarla gəlir əldə edir. Maraqlıdır, görəsən bu boyda gəlirin qarşılığında dövlətə nə qədər vergi ödənilir?...
TİA.AZ-ın məlumatına görə, C.Feyziyev prezidentin dərman bahalığından şikayətlənməsindən sonra heç bir addım atmayıb. Apteklərdə qiymətlər olduğu kimi qalıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər