BolgeXeber.Com » Ölkə » Azərbaycanda bank özbaşınalığı - “Xalq Bank”dan müştəriyə qanunsuz tələb

Azərbaycanda bank özbaşınalığı - “Xalq Bank”dan müştəriyə qanunsuz tələb

23-06-2015, 10:45
Oxunub: 5 414 Azərbaycanda bank özbaşınalığı - “Xalq Bank”dan müştəriyə qanunsuz tələbMüştərilərdən kredit borclarını manatdan dollara çevirmək tələb olunur, etiraz edənlər “Bandotdel”lə hədələnirlər

Beynəlxalq, Parabank, Xalqbank, Texnikabank və digər banklar müştərilərini manat borcunu bağlayaraq, dollara keçmələrini tələb edirlər.

1983 il təvəllüdlü, Naxçıvan şəhər sakini Quliyev Samir Nurəddin oğlu “Xalq Bank”-dan PİA.AZ-a şikayət məktubu ünvanlayıb. Ailəlikcə Yeni Azərbaycan Partiyasının üzvü olduqlarını qeyd edən şikayətçi bildirir ki, manatın devalvasiyasından sonra problemlə üzləşib. Problemə səbəb isə, Xalq Bank”dan bir il öncə 5 illik müqavilə ilə aldığı kreditdir. Belə ki, kreditor iddia edirki, bank heç bir əsas olmadan ondan aldığı krediti dollara keçirməsini tələb edir.

Qeyd edək ki, fevral ayında baş verən devalvasiya bank sektorunda ciddi təlatüm yaradıb. İstər banklar, istərsə də banklardan kredit götürən əhali çaşqınlıq içindədir. Bankların öz maraqlarını təmin etmək üçün atdığı addımlar insanların (oxu:müştərilərin) vəziyyətini daha da çətinləşdirdi. Bu məsələ Konstitusiya Məhkəməsinə qədər qaldırıldı və Konstitusiya Məhkəməsinin çıxardığı qərar faktiki olaraq banklardan yana oldu. Bu da bir çox bankları müflis olmaqdan qorudu. Necə deyərlər, “ən pis qərar qərarsızlıqdan yaxşıdır” prinsipi ilə hərəkət edənlər üçün Konstitusiya Məhkəməsinin qərarı həlledici oldu. Ən azından qeyri-müəyyənlik ortadan qalxdı.

Belə ki, həmin qərara görə, bəlli oldu ki,

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir.

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

- Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.

Bu üç müddəa göstərdi ki, banklar əhalinin maraqlarını nəzərə almalı, güzəştlər tətbiq etməli və kredit borcları müqavilədə göstərildiyi şəkildə ödənilməlidir. Krediti dollarla götürənlər bu məsələdə itirsələr də, “şəriətin kəsdiyi barmaq acımaz” prinsipi ilə hamı bu qərara tabe oldu. Təsəlliləri bu oldu ki, “xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilib”.

Manat devalvasiyasının əsas zərərçəkəni olan müştərilər vəziyyətdən çıxış yolu axtararkən, banklardan daha bir zərbə gördülər. Belə ki, statistik məlumata görə, son dövrlərdə banklardakı pullarını manatdan dollara çevirənlər qədər, banklarda öz verdikləri kreditləri çevirməyə can atırlar. Bir çox banklar artıq manatla kredit verməkdən imtina edir ki, bu da sonucda ölkə iqtisadiyyattına sarsıdıcı zərbə vurur. Çünki manata olan inamsızlığı ilk olaraq banklar yaradırlar. Qeyd edək ki, bəzi banklar bunu müştərilərin arzusu orlaraq qələmə verməyə salışırlar. Doğrusu bankların bu iddaları şübhəli və inanılmazdır. Çünki heç kim banklara əlavə 30 faiz artıq ödəniş etmək istəməz və bunu istəyənlərin olduğunu iddia etmək utopiya kimi bir şeydir. Bu dürümda ya bankların müştərilər idiotdur, ya da banklar müştərilərini zorla kreditlərini dollarla ödəməyə məcbur edirlər. İkinci daha ağlabatandır və Samir Quliyevin şikayətindən göründüyü kimi banklar müxtəlif yollarla müştərilərinə təzyiqlər etməyə çalışırlar. Belə ki, bizdə olan məlumata görə, Beynəlxalq, Parabank, Xalqbank, Texnikabank və digər banklar müştərilərini manat borcunu bağlayaraq, dollara keçmələrini tələb edirlər.

Şikayətçi Samir Quliyev bildirir ki, bu məsələdə “Xalq Bank”ın müştərilərinə qarşı daha ciddi təzyiq göstərir. Şikayətçinin sölərinə görə, Xalq Bankın departament və şöbə müdirləri biznes və istehlak krediti götürmüş müştərilərini çağıraraq, manat borcunu bağlayaraq, dollar krediti götürmələrini tələb edirlər. Bunun “yuxarının əmri” olduğunu bildirərək, etiraz edilməsinin fayda verməyəcəyini bildirirlər. Hətta Avropa Oyunları üçün “iş gördüklərini” vurğulayaraq, oyunlardan sonra ölkədə manatla bağlı vəziyyətin pisləşəcəyindən bəhs edirlər.

Maraqlıdır ki, gənclik və idman naziri Azad Rəhimov Avropa Oyunlarının büdcəsinin şəffaf olduğunu bildirib. Eyni zamanda sponsorlar da açıqlanıb ki, bunlar arasında Xalq Bankın adı yoxdur. O zaman hansı “iş”dən danışılır? Tutalım iş görülübsə də, bunun 2-3 min manat və ya milyonluq borcu olan müştəriyə nə dəxli var? Nə zamandan dövlət tədbirində iştirak şantaj vasitəsi kimi istifadə olunur?

Üstəlik, fəlakət dəllalığı edərək, “Avropa Oyunlarından sonra ölkədə xaos olacaq, manat təmiz dəyərdən düşəcək”, demək irili-xırdalı iş adamlarını Azərbaycana sərmayə qoymaqdan çəkindirmək deyilmi? Bu Azərbaycana qarşı işləmək və Azərbaycanın iqtisadiyyatını çökdürmək üçün çalışmaq deyilmi?

Bu suallar cavabını gözləsə də, dəqiq bildiyimiz məqam ondan ibarətdir ki, Konstitusiya Məhkəməsi “kredit borcları müqavilədə göstərildiyi şəkildə ödənilməlidir”?, şəklində qərar verib. Üstəlik, kredit şərtlərinin yumşaldılmasını məqsədəuyğun hesab edib. Belə olan təqdirdə, müştərilərin bu şəkildə sıxışdırılması Konstitusiya Məhkəməsini tanımamaq və dövlətə qarşı çıxmaqdır. Xalq Bank da məhz bu yolu tutub.

Bizim araşdırma zamanı o da, bəlli oldu ki, banklar müştəriləri “dollar tələsi”nə salmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Belə ki, cəmi bir neçə gün gecikmə olduğu zaman kredit müqaviləsinin ləğvi ilə hədələnən müştərilərə həm də “Bandotdel” hədəsi göstərilir. Bildirilir ki, əgər ödəməniz bir neçə gün geçikdiyi təqdirdə, müqavilə ləğv olunacaq və bank tərəfindən ödənilən məbləğin hamısı geri istəniləcək. Bunun mümkünsüzlüyünü dilə gətirənlərə isə, Beynəlxalq Bankdan kredit götürən “milyonerlərin həbsi” nümunə göstərilir. Açıq şəkildə bildirilir ki, müştərilər təzyiq və şantaj olunur.

Qeyd edək ki, bankların yaratdığı bu vəziyyətdən yerli və xarici iş adamları olduqca narahatdırlar və yaxında bu barədə Azərbaycan prezidentinə müraciət ünvanlanması da, gözlənilir. Çünki Mərkəzi Bankın belə bir təlimatının olmadığı bilindiyi halda kommersiya bankları artıq müştəriyə qarşı soyğunçu münasibəti göstərirlər. Bu isə sonucda biznes sektoruna ciddi zərbə vurur və dolayısı ilə də Azərbaycan iqtisadiyyatına.

Artıq onlarla iş adamının Azərbaycandakı biznesini donduraraq, xaricə getdiyi vurğulanır. Vergilər Nazirliyinin statistik məlumatları da sübut edir ki, son altı ayda on minlərlə vergi istifadəçisi öz fəaliyyətini dayandırıb. Təbii ki, bankların, manatla bağlı həssasiyyətdən bu şəkildə yararlanmaları əlavə problemlərə səbəb olmaqdadır. Bankların müştərilərinə qarşı soyğunçu münasibətinə və manat üzərindən aparılan xaos ssenarisinə “dur” deyilməyəcəyi təqdirdə, ölkə həqiqətən də ciddi iqtisadi-sosial problemlə üz-üzə qalacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
BOLGEXEBER.COM
Azərbaycanda bank özbaşınalığı - “Xalq Bank”dan müştəriyə qanunsuz tələb
Azərbaycanda bank özbaşınalığı - “Xalq Bank”dan müştəriyə qanunsuz tələb