BolgeXeber.Com » Ölkə » «Təzə Bazar»ın rəhbəri sahibkarın mülkünü əlindən alıb - Narazılıq var
«Təzə Bazar»ın rəhbəri sahibkarın mülkünü əlindən alıb - Narazılıq var
29-06-2015, 13:25
Oxunub: 4 472
“Təzə Bazar”ın rəhbəri Vaqif Şıxəliyev bir müddət əvvəl sahibkarın mülkiyyət hüququnu kobud şəkildə pozaraq, onun obyektini özünküləşdirib
Jam.az xəbər verir ki, bu barədə Dosye.org saytı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, bazarın sahibi Nəsimi rayonu, Səməd Vurğun küçəsi 73 ünvanında yerləşən 1 mərtəbəli qeyri-yaşayış sahəsinin sahibi (23 saylı mağaza), sahibkar Daşdəmirov Sahib Atamoviçin xüsusi mülkiyyətində olan obiyekti qanunsuz yolla ələ keçirib. Etiraz edən sahibkara isə təzyiqlər edilərək, təcili ölkəni tərk etməsi tələb olunur.
Bununla əlaqədar olaraq, Sahib Daşdəmirov artıq dövlət başçısına müraciət etmək qərarına gəlib. O, mülkiyyət hüququnun kobud şəkildə pozulduğunu əsaslandıran müraciətində dövlət başçısından yardım istəyəcək.
Bu əsnada Vaqif Şıxəliyevlə bağlı daha bir məlumat ortaya çıxıb. Məlum olub ki, «Təzə Bazar»ın rəhbərinə məxsus “Görüş” restoranı Bakı Dövlət Sirkinin fəaliyyətini iflic etməyə başlayıb. Belə ki, Bakı Dövlət Sirkinin direktoru Maqbet Bünyatov məhz Vaqif Şıxəliyevin dolayı təzyiqlərindən sonra vəzifəsindən uzaqlaşdırılıb. Buna səbəb kimi isə M.Bünyatovun ikinci ilə müqavilənin qarşılıqlı şəkildə pozması təklifi göstərilir. Məlumatlarda o da vurğulanır ki, Vaqif Şıxəliyev hətta Maqbet Bünyatovu hədələyib.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
BOLGEXEBER.COM
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər