BolgeXeber.Com » Ölkə » “Torqovı” dünyanın ən bahalı küçələri siyahısında

“Torqovı” dünyanın ən bahalı küçələri siyahısında

10-07-2015, 18:35
Oxunub: 3 391 “Torqovı” dünyanın ən bahalı küçələri siyahısında Bu küçədə yalnız bahalı pərakəndə ticarət mərkəzləri deyil, həmçinin bir sıra Avropa ölkələrinin səfirlikləri də var

İngiltərənin “Daily Mail” nəşri şoppinq üçün dünyanın ən bahalı küçələrinin siyahısını tərtib edib.

Oxu.az xəbər verir ki, siyahıda Bakıdakı Nizami küçəsi (keçmiş Torqovı) də yer alıb.

“Bakının mərkəzindəki Nizami küçəsində geniş piyada və ticarət meydanı var. Bu küçədə yalnız bahalı pərakəndə ticarət mərkəzləri deyil, həmçinin bir sıra Avropa ölkələrinin səfirlikləri də var. Əgər hətta siz alış-veriş etmək istəmirsinizsə, Barokko stilindəki arxitektura sizi mütləq valeh edəcək”, - nəşr qeyd edib.

Qeyd edək ki, dünyanın ən bahalı küçələrinin siyahısına həmçinin Nyu-Yorkdakı 5-ci avenyu (ABŞ), Monten Avenyu – (Paris), Nyu-Bond küçəsi (London) və digərləri də daxil olub.

Bolgexeber.com