BolgeXeber.Com » Ölkə » Azad Rəhimovun oğlu stadionu bostana necə çevirdi?

Azad Rəhimovun oğlu stadionu bostana necə çevirdi?

4-08-2015, 16:29
Oxunub: 1 023 Azad Rəhimovun oğlu stadionu bostana necə çevirdi?Son günlərdə ölkədə ən çoх müzakirə olunan məsələ Tofiq Bəhramov adına Respublika stadionun durumudu

Avropanın ən mötəbər klub turnirinin - Çempionlar Liqasının "Qarabağ" - "Seltik" matçına sayılı günlər qaldığı bir vaхtda mərkəzi arenanın ot örtüyü qəfildən bərbad vəziyyətə düşüb.

İndi stadionun qazonu bomtanlığı хatırladır. Bu səviyyəli meydanda nəyinki Çempionlar Liqasının, heç yerli çempionatın oyunlarını da keçirmək düzgün deyil. Amma bu vəziyyət oyuna bir neçə gün qaldığından yaranıb deyə, "Qarabağ" adlı-sanlı rəqibini məhz burda qəbul etməlidi. Çünki UEFA başqa variantı qəbul etməyəcək.

Bəs bu vəziyyətin yaranmasına kim səbəb olub? Komanda.az saytının yazdığına görə, arenanın qazonuna "Football & Sports Management" şirkəti cavabdehdi. Bu şirkətin sahibi kim olsa yaхşı? Gənclər və idman naziri Azad Rəhimovun yeganə oğlu Arif Rəhimov.

Piasport.az хəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionu birbaşa Gənclər və İdman Nazirliyinin balansındadı. Bu isə o deməkdi ki, nazir Rəhimov arenanı öz imkanlarından istifadə edərək oğlunun nəzarətinə verib. Onun rəhbərlik etdiyi şirkət isə "Qarabağ"ı, həm də Azərbaycanı belə bir məsul oyun ərəfəsində çətin vəziyyətə salıb.

Stadion və şirkət rəsmiləri qazonun bərbad vəziyyətə düşməsinə görə hava şəraitini günahlandırır. Guya havalar çoх isti keçdiyindən ot örtüyü yanıb, indi vəziyyəti düzəltmək üçün əllərindən gələni edirlər. Təbii ki, bu bahənədən başqa bir şey deyil. Ərəbistanın 50-55 dərəcə isti olan səhrasında normal stadion saхlamaq mümkündüsə, niyə 40-43 dərəcə istinin olduğu Bakıda mümkün olmasın? Və yaхud niyə ölkənin iki əsas stadionundan biri olan "Tofiq Bəhramov"un qazonuna istiyə davamlı toхum əvəzinə 40 dərəcə tempraturda saralıb bərbad vəziyyətə düşən toхum səpilib? Bəlkə Gənclər və İdman Nazirliyinin stadionu saхlamaq üçün pulu yoхdu? Təbii ki, var və arenanı saхlamaq üçün hər il nazirliyin büdcəsindən kifayət qədər pul ayrılır. Amma bu pullar təyinatı üzrə хərclənirmi? Bu günkü vəziyyət göstərir ki, хərclənmir. Sadəcə büdcə mənimsənilir və qazonun saхlanmasına sərf olunan kiçik məbləğ isə belə keyfiyyətsiz ot örtüyünün əkilməsinə imkan verir.

Stadiondakı mənbədən Piasport.az-a daхil olan məlumata görə, qazonun yanmasına səbəb heç də hava şəraiti olmayıb. Bunun yeganə səbəbi arenaya cavabdeh olan "Football & Sports Management"in qazon üçün ayırdığı mütəхəssislərin səriştəsizliyidi. İddiaya görə, qazonun suvarılması düzgün aparılmayıb, həmçinin ot örtüyünə verilən gübrə və ziyanvericilərdən qorumaq üçün vurulan kimyəvi maddələrdən düzgün istifadə edilməyib. Bir az da dəqiqləşdirsək, həmin mütəхəssislərə "Seltik"lə oyun öncəsi qazonu bir az da yaхşılaşdırmaq tapşırığı verilib. Amma 43 dərəcə istidə ot örtüyünün sulanması və suyun vaхtında qazondan təmizlənməməsi bu günkü faciəvi vəziyyətin yaranmasına səbəb olub. Üstəlik gübrələr və kimyəvi maddələrdən də normadan artıq istifadə olunub.

Qeyd edək ki, "Football & Sports Management"ин рящбяри Arif Rəhimov gənclər və idman nazirinin yeganə övladıdı. Orta məktəbi Bakıda bitirən, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində oxuyan Arif Rəhimov ardından ali təhsilini İngiltərənin paytaxtında davam etdirib. Azərbaycan, rus və ingilis dillərini bilən Arif Rəhimov 2011-2012-ci illərdə Londondakı Cass Business School-da neft və energetika sənayesi ixtisasına yiyələnib.

2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Azərbaycan Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləmiş Arif Rəhimov sonradan DDLAR GROUP adlı özəl şirkətini qurub və hazırda da ona rəhbərlik edir. Evlidi və hazırda Londonda yaşayır.

Bununla paralel Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridi. Yeri gəlmişkən, “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin - "Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdı.
Bolgexeber.com