BolgeXeber.Com » Ölkə » Bakının məşhur mağazaları iflas ərəfəsində - FOTOLAR

Bakının məşhur mağazaları iflas ərəfəsində - FOTOLAR

28-08-2015, 16:58
Oxunub: 4 188 Bakının məşhur mağazaları iflas ərəfəsində - FOTOLAR“Müştərimiz olsaydı mağazadakı malların qiymətini heç bu qədər endirərdik?

Fevral ayından indiyədək Azərbaycanda manatın devalvasiya təşvişi davam edir. Dolların qalxması bir çox sahələrdə olduğu kimi geyim dükanlarında da öz sözünü deyir

Satıcılar alıcı qıtlığından və ya xaricdən gətirilən geyimlərin əvvəlkinə nisbətən baha başa gəldiyini deyirlər.
AzVision.az paytaxt mağazalarına baş çəkərək mövcud vəziyyətlə maraqlanıb.

İlk olaraq baş vurduğumuz yer “Bessinu” butiki oldu.
Bakının məşhur mağazaları iflas ərəfəsində - FOTOLAR

Satıcı bildirdi ki, dolların qalxması nə müştərilərin alışına, nə də geyimlərin qiymətinə təsir edib. Hər şey keçən ilki qayda ili davam edir.

“Batik” və “Maru” butiklərinin xanım sahibəsi isə alıcı qıtlığından şikayətləniblər.

“Mart ayından sonra alver yoxdur. Müştərilərin sayı da azalıb. İndi normal alış-verişi olan mağaza qalıb ki? Ancaq ticarət mərkəzləri işləyir. Qalan mağazaların bir çoxu bağlanıb.Gedin, özünüz baxın, hamısı bomboşdur”.

Bakının məşhur mağazaları iflas ərəfəsində - FOTOLAR

Çalışdığı mağazanın adının çəkilməsini istəməyən administrator isə dolların qalxmasının onların işinə heç bir təsirin olmadığını deyib.

“Bizim mağazada qiymətlər bilirsiniz ki, digər mağazlara nisbətdə yüksəkdir. Bizdə ucuz mal yoxdur. Bura gəlib, bu qiymətə geyim alanlar təbii, imkanlı admlardılar. Ölkənin say seçmə adamları buradan gəlib paltar alır. Manatın 5 və ya 6 manat qalxması onlar üçün elə də böyük bir şey deyil. Avtomatik olaraq bu bizə də təsir göstərmir. Çünki alıcılarımız yerindədir, onlarla heç bir problemimiz yoxdur”.

Bakının məşhur mağazaları iflas ərəfəsində - FOTOLAR


“Aysu” butik də müştəri azlığından və ya qiymət qalxması ilə bağlı problem yaşamır.
Mağazanın administratoru bildirir ki, malları Türkiyədən gətirirlər . Onlar geyimləri dollar ilə deyil, Türkiyə valyutası ilə (tele ilə - red) alırlar. Mağaza buna görə də geyimlərin qiymətini qaldırmayıb.

Adlarının çəkilməsini istəməyən bir sıra digər mağaza və butiklər isə müştərilərin olmamasını dolların qalxması ilə yox, yay fəslinin sonu olması ilə əlaqələndirdilər.
“Bizdə müştəri qıtlığı fəsillə bağlıdır.Yayın sonudur, hər kəs artıq payız üçün yeni dəbi gözləyir”.

Bakının məşhur mağazaları iflas ərəfəsində - FOTOLAR


Satdığı geyimlərin qiyməti 3 manatdan başlamış 100 manat və daha yüksək məbləğə qədər olan mağaza sahibi isə real vəziyyətlərini belə şərh edib: “Əksinə mən deyərdim ki, dollar qalxandan sonra müştərilərin sayı çoxalıb. Alış-verişdən nəfəsimiz kəsilib. (gülür-red).
“Müştərimiz olsaydı mağazadakı malların qiymətini heç bu qədər endirərdik? Hazırda ziyana işləyirik. Mənim mağazamda 18-20 manatdan aşağı paltar olmayıb. İndi iki qatına qiyməti endirmişəm ki, təki satılsın. Əlimdə qalmasın. Fərqli –fərqli ölkələrdən mallar gətirmişəm. Qiymətləri də 100-150 manat və s. Mən indi bunları nə edim? Əlimdə qalıb hamısı. Fikirləşirəm ki, mən hələ şəhərin mərkəzində fəaliyyət göstərirəm, gör, mərkəzdən uzaqdakı mağazalarda vəziyyət necədir. Nə qədər mağaza bağlanıb. Dolların qalxması bir yandan, sezonun sonu və kənardan aşağı strukturların maneəsi işimizi iflic edib”.
Bolgexeber.com