Rüstəm Xəlilov seçicilərlə görüşə polislə niyə gəlir?
28-10-2015, 12:18
Oxunub: 7 058
Sabirabad camaatı deputatın hərəkətinə görə seçkilərə getməyəcəklərini bildiriblər
64 saylı Sabirabad Seçki Dairəsindən deputatlığa namizəd Rüstəm Xəlilov camaatla görüşə polisinq müşayəti ilə gedir. JAM.AZ-a verilən məlumata görə, bir neçə gün bundan əvvəl rayon kəndlərindən birində analoji vəziyyətin yaranması isə camaatı təəccübləndirib.
Məlumata görə, polislə kəndə gələn Rüstəm Xəlilova irad bildiriblər ki, o, mühafizəçisiz də camaatla görüşə bilərdi. Üstəlik, onun diqqətinə çatdırıblar ki, Sabirabadda kimsə deputata qarşı hər hansı bir qeyri-etik hərəkət etməz. Həmçinin ona zərar yetirmək fikrində olan da yoxdur.
Deiylənlərə görə, Rüstəm Xəlilov camaatın bu haqlı iradına cavab verə bilməyib. Polislə gəlməsinə də belə əsaslandırmağa çalışıb ki, guya, onları protokol xatirinə özü ilə gətirib. Əslində isə deputatlığa namizədin əhalidən çəkindiyini elə onun yaxın qohumları da təsdiqləyir.
Verilən məlumata görə, Sabirabad camaatı Xəlilovun bu hərəkətindən sonra ona səs verməməyi qərara alıblar. Bəzi kəndlərin əhalisi seçki günü etika xatirinə səsverməyə getməyi planlaşdırsa da, deputatlığa namizədin polislə onların üzərinə gəlməsinə etiraz olaraq səs verməyə qatılmayacaqlarını bildiriblər.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 17-12-2024, 10:59 : Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
İdman
- 18-12-2024, 09:34 : FİFA ilin ən yaxşılarını açıqladı
İdman
- 18-12-2024, 13:52 : UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
İdman / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 17-12-2024, 13:28 : Ronaldo federasiya prezidenti olmaq istəyir
İdman
- 19-12-2024, 09:36 : Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq
Sosial
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial