Rafil Hüseynovun MTN generalı ilə əlaqələri üzə çıxıb
29-10-2015, 10:49
Oxunub: 2 075
Masallının icra başçısının təkcə oğlu deyil, bacısı oğlu da Mövlan Şıxəliyevin sayəsində bu nazirlikdə işləyirmiş
Dünən məlumat vermişdik ki, Masallının icra başçımı Rafil Hüseynovun oğlu MTN-də işləyir və baş verən son olaylardan dolayı qanı xeyli qaradır. JAM.AZ-a verilən məlumatda vurğulanmışdı ki, oğul Hüseynovun MTN-də çalışdığı sahə birbaşa dövlətə xəyanətdə ittiham olunur.
Belə ki, general Teymur Quliyevin rəhbəri olduğu Montorinq Mərkəzində bölmə rəisi olduğu deyilən icra başçısının oğlu artıq sərəncama götürülüb. Rəisi isə hadisələrin ilk günü həbs olunub.
Amma Rafil Hüseynovun təkcə oğlu deyil, elə bacısı oğlu da bu nazirlikdə zabit olaraq işləyir.Verilən məlumata görə, Masallının icra başçısının başı bu səbəbdən iki istiqamətdə bəlaya düçar olub. Çünki bacısı oğlunun da durumu yaxşı deyil, onun həbs olunacağı və ya işdən çıxarılacağı naməlum olaraq qalır.
Verilən məlumata görə, Rafil Hüseynovun oğlu və bacısı oğlunun MTN-də işə düzəlməsinin səbəbkarı təkcə bir neçə gün bundan əvvəl işdən çıxarılmış nazirliyin Masallı şöbəsinin sabiq rəisi olmayıb. Gələn məlumatlara görə, icra başçısı ilə dünən işdən çıxarılan, general, MTN-in İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyevlə çox yaxşı münasibətləri olub.
Mənbə bildirir ki, töhmətlə işdən çıxarılan və yaxın günlərdə yəqin ki, rütbəsi əlindən alınacaq Şıxəliyevin fəaliyyətinin dərindən araşdırılacağı istisna edilmir. O zaman hansı problemlərin yarana biləcəyi isə kifayət qədər maraqlıdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm