BolgeXeber.Com » Ölkə » Xaləddin İsgəndərov öz kəndində ferma açıb, villa tikdirib - FOTOLAR
Xaləddin İsgəndərov öz kəndində ferma açıb, villa tikdirib - FOTOLAR
30-10-2015, 11:13
Oxunub: 4 124
Həmkəndliləri də Xaləddin İsgəndərəvovun sayəsində peyin iyini hər gün iyləməli olurlar
Adətən ətrafdakılar dəstəyi mənsəb sahibləri, vəzifə adamlarından gözləyirlər. Çünki onlar kömək etmək üçün daha böyük imkanlara sahibdirlər. Nə yazıqlar ki, əksər vaxtlar bizdə vəzifə adamları ətrafa bunun əksini nümayiş etdirirlər.
Bu günlərdə modern.az-a Goranboy rayonu Xan Qərvənd kəndindən Bakının Binəqədi rayonunun icra başçısı, əslən həmin kənddən olan Xaləddin İsgəndərəvovla bağlı narazılıq yaradan məlumat daxil olub.
Çox uzatmayacağıq: məlum olur ki, hörmətli Xaləddin İsgəndərov doğulduğu kəndin düz ortasında böyük ferma tikdirib.
İnsanlara məxsus pay torpaqlarını alan “cənab başçı” əslində qanunları da pozub. Çünki bu torpaqlar təyinatı üzrə istifadə olunmursa, qanunvericiliklə geri alınmalıdır.
Bundan başqa, kəndin düz ortasında tikilən ferma bütün ətrafa peyin iyi yayır. Elə həmkəndliləri də Xaləddin İsgəndərəvovun sayəsində peyin iyini hər gün iyləməli olurlar.
Onunla bağlı daha bir məlumat bundan ibarətdir ki, Binəqədidə çoxmərtəbəli binada yanğın baş verməzdən əvvəl yenə Xan Qərvənd kəndində böyük villa tikdirirmiş...
Ancaq məlum faciədən sonra həmin villanın tikintisi dayandırılıb.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 21-12-2024, 17:57 : Salatlarla bağlı BÖYÜK TƏHLÜKƏ
Sosial / Xəbərlər
- 17-12-2024, 10:59 : Lamin Yamal karyerasındakı əsas hədəfini açıqlayıb
İdman
- 18-12-2024, 09:34 : FİFA ilin ən yaxşılarını açıqladı
İdman
- 18-12-2024, 13:52 : UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq
İdman / Xəbərlər
- 21-12-2024, 16:52 : Məşhur boksçu həyatınl itirdi
İdman / Xəbərlər
- 17-12-2024, 13:28 : Ronaldo federasiya prezidenti olmaq istəyir
İdman
- 19-12-2024, 09:36 : Sutkada 8 saat yatmayan insan 20 ilə belə olacaq
Sosial
- 20-12-2024, 09:52 : Azərbaycanda yayılan virus bu şəxslər üçün təhlükəlidir - XƏBƏRDRLIQ
Sosial
- 3-01-2025, 17:57 : Azər Baxşalıyeva böyrək köçürüləcək?
Şou-Biznes / Xəbərlər
- 23-12-2024, 14:59 : Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!
Sosial