Təhlükə: Metropoliten rəhbərliyi kimi aldadır? - FOTOLAR
2-11-2015, 13:29
Oxunub: 1 148
Ölkənin başı parlament seçkilərinə və onun nəticələrinin saf-çürük edilməsinə qarışıb
Amma Moderator.az ölkə vətəndaşlarının təhlükəsizliyi qayğısına qalaraq bir problemi ictimailəşdirməyin hər şeydən vacib olduğu qənaətindədir. Söhbət metronun "Azadlıq Prospekti" stansiyasındakı acınacaqlı vəziyyətdən gedir. Saytımız bir ildən çoxdur ki, stansiyanın az qala belinə mindirilmiş və hətta stansiyanın üstündəki mini - parkı da məhv etmiş nəhəng ticarət obyekti tikintisinin fəsadlarını - stansiyanın tavanının bir neçə yerdən su keçirərək yararsız hala düşməsini ictimailəşdirərək həyəcan təbili çalıb.
Amma deyəsən Metropoliten rəhbərliyi az qala hər gün həmin stansiyada kosmetik təmir aparmaqla, yəni tavanı rəngləməklə vəziyyətdən çıxmaq istəyir, amma səhərisi gün mənzərə yenidən təkrarlanır. Sanki bir məhşur məsəldə deyildiyi kimi...
Günlərin bir günü bir kasıb, amma çoxuşaqlı ailənin yaşadığı çiy kərpicdən olan daxma qəzalı vəziyyətə düşür. Sahibinin imkanı olmur, onu sökərək yenisi ilə əvəz edə bilmədiyindən hər dəfə çatlayan divarlara palçıq suvayaraq işini bitmiş hesab edir. Bu mənzərə metropolitendə olduğu kimi dəfələrlə təkrarlanır və günlərin bir günü səfərdən evə qayıdan zavallı kişi bütün külfətinin uçan daxmanın altında qalıb tələf olduğunu görürərək dəhşətə gəlir, az qala hər kərpici dırnağı ilə eşərək "niyə qatil oldunuz, heç azyaşlı cocuqlarıma da aman vermədiniz" deyərək haray çəkir. Kərpiclər bu ah - naləyə, ittihama dözməyib dil açırlar ki, biz axı səni dəfələrcə xəbərdar etdik, hər dəfə ağzımızı açanda palçıqla bağladın, günah bizdə yox, özündə oldu...
İndi qorxmaq lazımdır ki, Metropoliten rəhbərliyi külfəti batan zavallı kasıbın aqibətini yaşamasın...
Bolgexeber.com



Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm