BolgeXeber.Com » Ölkə » "Azərcell" düzəlmir ki, düzəlmir baba- "Azərcell" -in növbəti fırıldağı

"Azərcell" düzəlmir ki, düzəlmir baba- "Azərcell" -in növbəti fırıldağı

3-11-2015, 13:23
Oxunub: 3 187 "Azərcell" düzəlmir ki, düzəlmir baba- "Azərcell" -in növbəti fırıldağı"Azercell"in növbəti fırıldağı üzə çıxıb

Ölkə.Az xəbər verir ki, Azərbaycanın ən böyük mobil operatorunun abunəçilərini aldatdığı haqda tanınmış jurnalist Azər Sarıyev öz "Facebook" səhifəsində status yazıb.

Jurnalistin statusunu olduğu kimi sizə təqdim edirik:

"Azercell-in növbəti fırıldağı ilə qarşılaşdım. "Azercellim" tarifinə qoşulmaqla dəqiqəsini 4 qəpiyə elan edir(azercell zəngləri üçün), amma 14 qəpik çıxır. Operator qız deyir ki, siz 4 qəpiyin davasını döyürsünüz. Başa düşməyə çətinlik çəkir ki, söhbət 4 qəpikdən yox, sizin camaatı qoyun yerinə qoymanızdan gedir. "Camaatı niyə aldadırsınız?" deyə soruşanda "Sizin telefonunuzun sayğacı düzgün işləmir" cavabını alırıq. Sən demə, bu tarifə qoşulan iş yoldaşlarımızın hamısının telefon sayğacı, kompüterin, başqa telefonların da sayğacları səhv işləyir, yeganə düz işləyən Azercell imiş. Çünki bu tarifə müxtəlif cihazların sayğacları ilə yoxladıq. Azərcell o qədər boğaza yığdı ki, bakcell-in klass XL-nə qoşuldum. Bunlar da fırıldaq çıxdı. 10 azn deyirlər, amma ayda əlavə 2 azn ödəməsən, xidmət aktiv olmur. Axırda narmobile-a keçdim. O da hər yerdə çəkmir. Bu ölkəyə doğru-dürüst mobil operator nə zamansa gələcəkmi?"

Bolgexeber.com