BolgeXeber.Com » Ölkə » Yaşıllaşdırma Təsərrüfatı Birliyi təhlükə yaradır - FOTOLAR

Yaşıllaşdırma Təsərrüfatı Birliyi təhlükə yaradır - FOTOLAR

4-11-2015, 12:00
Oxunub: 2 026 Yaşıllaşdırma Təsərrüfatı Birliyi təhlükə yaradır - FOTOLARBakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi vətəndaşların həyatını təhlükəyə atıb


TİA.AZ xəbər verir ki, meriyanın nəzdində fəaliyyət göstərən bu qurum Qaraçuxur qəsəbəsində yaşayan insanların şikayətini aylardır eşitməzlikdən gəlir.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Vaqif Novruzov isə qəsəbənin Kərəm İsmayılov 1/5 ünvanında yaşayan sakinlərini dinləmək istəmir. Yaşıllaşdırma Departamentinə edilən çoxsaylı müraciətlər nəticəsiz qalıb.

Sakinlər qurumaqda olan həmin ağacların hər an evlərin üstünə uça biləcəyindən qorxurlar. Musavat.com-a danışan sakinlər deyirlər ki, ağacların yaşının ötməsi və kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də icazəsi var. Lakin bu qərarı icra etməli olan müvafiq qurumlar işə məsuliyyətli yanaşmırlar.

Sakinlərdən biri - Firdovsi Vəliyev Ekologiya və Təbii Sərvətlər Departamentinin Ekspertiza İdarəsinə 2013-cü ildə müraciət etdiklərini deyir. Müraciətə baxıldığını deyən F.Vəliyev ağaclardan birinin kəsilməsi haqda qərar verildiyini bildirib: “2013-cü ildə müraciət etmişdik. Sağ olsunlar, müraciətimizə baxdılar. Ancaq icrası qaldı. 2013-cü ildə bir ağacın kəsilməsinə rəy vermişdilər.


Artıq iki il keçib. Həyətdə olan digər ağac da təhlükəlidir. Həyətdə iki böyük ağac var. Külək əsəndə ağaclar az qalır, aşsın. Axı bu ağacın aşmasını, insan tələfatının olmasını gözləmək olmaz. İcra hakimiyyətinə, cənab prezidentə də müraciət etmişik. Özümüz kəsə bilmirik. Şikayətimizə də baxan yoxdur”.


Sakinlər deyirlər ki, problemlə bağlı Fövqəladə Hallar Nazirliyinə də müraciət ediblər. Nazirlikdən isə bildirilib ki, ağac aşmasa, kəsə bilməzlər. F.Vəliyev deyir ki, məsələdən ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinin rəhbərliyinin də xəbəri var. Lakin onlar da heç bir tədbir görmürlər.
Bolgexeber.com
Yaşıllaşdırma Təsərrüfatı Birliyi təhlükə yaradır - FOTOLAR
Yaşıllaşdırma Təsərrüfatı Birliyi təhlükə yaradır - FOTOLAR
Yaşıllaşdırma Təsərrüfatı Birliyi təhlükə yaradır - FOTOLAR