BolgeXeber.Com » Ölkə » Xaladdin İsgəndərovun xəracyığma əməliyyatı: adlar, nömrələr, məkanlar…
Xaladdin İsgəndərovun xəracyığma əməliyyatı: adlar, nömrələr, məkanlar…
5-11-2015, 11:46
Oxunub: 3 101
Xaləddin İsgəndərovun hakimiyyətdəki himayədarlarından biri də Eldar Mahmudov olub
Binəqədinin icra başçısı Xaləddin İsgəndərov noyabrın 2-dən sonra Biləcəri, Binəqədi, Xocasən və Sulutəpə qəsəbələrində söküntü işlərinə yenidən start veriblər. Bu barədə İstiqlal.az-a daxil olan məlumatda deyilir ki, İcra başçısının qardaşı oğlu və rayonun tikinti və söküntü işlərindən qeyri-rəsmi məsul olan Valeh İsgəndərovun dəstəsi noybarın 3-də Biləcəri qəsəbəsində bəzi tikililəri yerlə bir edərək bir neçə ailəni gözüyaşlı qoyub.
Məlumata görə, hər gün saat 19.00-da Biləcəri qəsəbəsində Saatlı kafesində (əvvəlki adı “Xan” Çay Evi) toplaşan Valeh İsgəndərov və qoçu dəstəsinin üzvləri – Orxan, Nicat, Hacı (Biləcəri qəsəbə icra nümayəndəsinin sürücüsü olub) və Emin adlı polis serjantı gün boyu həyata keçirdiklər “ev yıxma” əməliyyatından əldə etdikləri qazancın hesabını aparırlar.
Ağ rəngli “Niva” markalı “90…511”, “90…434”, “90…392” (sonuncu “Şevrolet Niva”) nömrəli avtomobillərlə “Saatlı” kafesinin qarşısını bəzəyən Valeh İsgəndərovun (Ağ rəngli JEEP – 90…222) adamları növbəti sökəcəkləri və tikintisinə icazə verəcəkləri evlərin siyahısını tuturlar.
Məlumatda bildirilir ki, bu vaxta qədər MTN-ə Xaləddin İsgəndərov və onun Binəqədi İcra Hakimiyyətində qeyri-rəsmi yüksək vəzifə tutan qohumları barədə dəfələrlə müraciətlər edilsə də nəticəsi olmayıb. Bu da səbəbsiz deyil. Məlumata görə, Xaləddin İsgəndərovun hakimiyyətdəki himayədarlarından biri də Eldar Mahmudov olub. MTN-nin sabiq şefinin Xaləddin İsgəndərovu himayə etməsinin kökündə isə onun icra başçısının qohumu, vergilər naziri Fazil Məmmədovla yaxın münasibətlərindən irəli gəlir.
Bir faktı da qeyd edək ki, Eldar Mahmudovun sağ əli Akif Çovdarovun obyekti olan “Zeytunluq” da Binəqədidə yerləşir.
Bolgexeber.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər