BolgeXeber.Com » Ölkə » Heydər Əsədov onunla bacara bilmir? - "Karusel"in sahibi naziri belə fırladır...

Heydər Əsədov onunla bacara bilmir? - "Karusel"in sahibi naziri belə fırladır...

9-11-2015, 12:22
Oxunub: 4 970 Heydər Əsədov onunla bacara bilmir? - "Karusel"in sahibi naziri belə fırladır...Azər Süleymanov xidmət rəisi təyin olunduğu gündən qurumda gərgin atmosfer yaranıb

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov barədə yeni xəbərlər var.Bolgexeber.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında xidmətin rəhbəri Göygöldə "Karusel” İstirahət Mərkəzi və dəbdəbəli villalar tikdirib.

Dia.az yazıb ki, müxtəlif maxinasiyalar həyata keçirməklə sərvətə sahib olan Azər Süleymanov icra başçısı olmaq niyyətinə düşüb. O, niyyətini reallaşdırmaq üçün lazım olan pul tədarükünü də görüb.

Lakin Azər Süleymanov aylarla televiziyada sərəncamının oxunduğunu gözləsə də, niyyəti gerçəkləşməyib. Azər Süleymanova bildirilib ki, icra başçısı ola bilməz. Bunun əvəzində ona Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsi təklif edilib.

Onu da bildirək ki, Azər Süleymanov xidmət rəisi təyin olunduğu gündən qurumda gərgin atmosfer yaranıb. Bunun səbəbi Azər Süleymanovun işçilərlə yola getməməsidir.
Xidmət rəisinin xeyli sayda peşəkarı işdən çıxardığı bildirilir. Bu barədə hələ xeyli əvvəlindən yayılan informasiyalarda da qeyd olunurdu ki, Azər Süleymanov bu vəzifəyə təsadüfən yüksəlməyib:

"Azər Süleymanov bundan əvvəl Göygöl rayonu baytarlıq idarəsinin rəisi vəzifəsində çalışıb. Bu vəzifədə olarkən kolxoz-sovxoz dövründən qalan mal-qaranın ölməsi barədə saxta aktlar tərtib edib. Bu addım ona külli miqdarda pul qazandırıb.

Qeyd edək ki, "Dövlət Xidmətində “rüşvət alınması qorxuludur” deyərək, ölkəyə idxal edilən 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və digər heyvandarlıq məhsullarının özlərinin təyin etdilkləri “PREYSKURANT QİYMƏTİ” günü gündən artırılır.
Prezidentin tapşırığından sonra hər maşına rüşvəti 100 manatdan 150 manata qaldırılıb. Prezident İlham Əliyevin sahibkarların işinə müdaxilələrin qarşısının alınması barədə tapşırığından bəhrələnərək etiraz səslərini qaldıran kimi Azər İdris oğlu Süleymanov “Qiymətləri” müvəqqəti olaraq əvvəlki kimi saxladı.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən mal-material alınması, tikinti işlərinin aparılması və s. bu kimi işlərin yerinə yetirilməsi məqsədi ilə dövlət büdcəsindən ayrılan vəsaitin satıcı təşkilata, şirkətlərə hər köçürməsindən məbləğin 20 faizi “ATKAT”, xidmət rəhbərliyinə qaytarılır. Qarşı tərəfi də dinləməyə hazırıq...
Heydər Əsədov onunla bacara bilmir? - "Karusel"in sahibi naziri belə fırladır...