BolgeXeber.Com » Ölkə » Dövlət Pedaqoji Universitetinin rektorundan şikayət... - İTTİHAM VAR

Dövlət Pedaqoji Universitetinin rektorundan şikayət... - İTTİHAM VAR

11-11-2015, 11:38
Oxunub: 3 259 Dövlət Pedaqoji Universitetinin rektorundan şikayət... - İTTİHAM VARRektor universitetdə ancaq yerli bazlıq tayfabazlıq pirinsipi ilə işləyir

Redaksiyamıza Dövlət Pedaqoji Universitetinin rektorundan şikayət xarakterli müraciət daxil olub. Bəri başdan qeyd edək ki, DİA.AZ-ın elektron ünvanına yazan anonim müraciət müəllif(lər)i ilk başdan redaksiyamızı və baş redaktorumuzu qınayır da. Təbii ki, bu cür "priyomlar" anlaşılandır. Kimlərsə maraqlı olduqları yazıların yayılmasında və həm özlərinin anonimliyinin qorunmasında maraqlı olduqları zaman bu cür süni qıcıq yaradırlar.

Elə müraciət müəllifi də dediyimiz üsulla fikrinə başlayır: "Salam Baş redaktor. Sizi ümumiyətlə mən başa düşmürəm. Düşmüsünüz kiçik məmurların canına. Məsələn yazırsız orta məktəb direktorlarından, kollec direktorlarından. Demirəm yazmayın yazın.Amma haqsızlığı ədalətsizliyin çox olduğu yerdən yazın. Haqq naminə yazın siz də kimisə şərləməklə yox həqiqətən millətə zülm edənlərdən yazın".

Yəni beləcə fikrinə başlayan müraciət müəllifinin "qarnının ağrısı" sonradan bəlli olur. Biz isə DİA.AZ olaraq yenə də bəri başdan qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan edərək "şikayətçinin" fikirlərini təqdim edirik... Həm də nöqtə və vergülünə toxunmadan: "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov dan elə.Bu ali təhsil müəssisəsinin rektoru biz tələbələrin yanında bir rəhbər kimi hörməti olmayan insandi.Universiteti çevirib şəxsi obyektinə necə gəldi nə ağlına yerləşsə universitetdə onu tətbiq edir.Başlayaq elə universitetə köçürülən pullardan.Bildiyiniz kimi ödənişli təhsil alan tələbələr oxuduğu universitetə bank vasitəsiylə pul köçürür.Digər universitetlərdə belə bir qayda var ki tələbə pul ödədiyi bankın istənilən şöbəsində və filialında banka təhsil haqqin ödəyə bilər.Məsələn tələbə paytaxta hər hansı universitetdə oxuyur və pulu kapital banka vurmalıdı tələbə o zaman Kapital bankın nəinki bakıda kı filialında Ağdamda Bərdə də Gəncədə ki filialında da ödənişin edə bilər.Ancaq Dövlət Pedaqoji Universitetdə bu qayda yoxdu.Beləki Yusif Məmmədovun bacarığı sayəsində tələbələr ancaq və ancaq Beynəlxalq bankın Səbail filialında ödəniş edə bilərlər.Səbəb nədir ?? Niyə məhz elə Səbail filialı ??? Burda hansı maddi marağı varki rektorun ancaq təhsil haqqın bir filialdan qəbul edir ???

Bundan başqa kredit sisteminə keçidlə əlaqədar olaraq universitetlərdə birmənalı olaraq imtahanlar ya yazılı yada komputerlə baş tutur.Ancaq Dövlət Pedaqoji Universitetində Amerika qitəsin kəşf edən rektor var deyə burda tələbələr zülm çəkir.Beləki tələbə əvvəlcə imtahana girir imtahanı komputerlə verir bütün suallara düz cavab verirsə o zaman rektorun cəza maşını işə düşür tələbəyə məcburi yazılı imtahana da girməlisən deyir razılaşmayan tələbənin imtahanı ləğv edilir və 100 bal əvəzinə 71 bal yəni (3.5 qiymət) yazılır.Heç bir dövlət universitetində belə bir qayda yoxdur.Ancaq Pedaqoji Universitetdə Yusif Məmmədov haqsızlığından yaranan qaydalar vardır.Belədə haqsızlıq olar ???

Rektor universitetdə ancaq yerli bazlıq tayfabazlıq pirinsipi ilə işləyir.Universitetdə 90% vəzifəli əslən Ermənistanlıdı nəyə görə ??? Naxçıvanlı Gəncəli Şəkili Qarabağlı Lənkəranlı Qubalı yox elə məhz Ermənistanlılar ???

Heç kim bu universitetdə haqsızlığa dur demir.Tələbələr artıq cana doyublar bu rektorun əlindən".

Beləcə müəllif burada fikrini yekunlaşdırır. Amma yenə də redaksiyamızın "bostanına daş atmağından" qalmayaraq fikrinə bu şəkildə nöqtə qoyur: "Yaza bilirsinizsə cürətiniz çatırsa həqiqətəndə haqq ədalətli insansınızsa belə ədalətsiz rektordan yazın".

Biz yazıdqlarınızı yaydıq, hörmətli "qəhrəman". İndi sizin cürətiniz və kişiliyiniz varsa kimliyinizi açıqlayın. Sıra sizdədir...

İstənilən halda qarşı tərəfin də bu ittihamlarla bağlı mövqeyini dinləməyə hazırıq...