Rafil Hüseynovun çörək köşkləri-FOTO
23-11-2015, 10:32
Oxunub: 4 670
Masallıdakı çörək biznesi icra başçısının nəzarəti altındaymış
Masallının icra başçısı Rafil Hüseynovun hər keçən gün yeni məziyyətləri üzə çıxır. JAM.AZ xəbər verir ki, rayonun rəhbərinin oğlu ilə bağlı məsələlər gündəmdən düşməmiş, indi də onun biznesi ilə bağlı maraqlı fotolar və videogörüntülər yayılmağa başlayıb.
JAM.AZ «İnfo Masallı» səhifəsinə istinadən xəbər verir ki, problem içində boğulan rayonda icra başçısı Rafil Hüseynov bütün gücünü pul qazanmağa sərf edir. Sosial şəbəkənin yaydığı məlumatda vurğulanır ki, Masallının icra başçısının çörək biznesi var və bu məqsədlə yol kənarlarında çörək satışını təşkil etmək üçün balaca köşklər quraşdırılıb.
«İnfo Masallı»nın yaydığı məlumatdan belə anlaşılır ki, həmin çörək köşkləri məqsədli şəkildə quraşdırılıb və onlardan gələn gəlirlər icra başçısına çatır.
Bəzi məlumatlara görə, Rafil Hüseynovun çörək biznesindəki əsas şəriki rayonun tanınmış iş adamlarından olan Rafil Həsənovdur. İddia edilir ki, Həsənovla Hüseynovun ortaqlığı xeyli əvvələ təsadüf edir. Yenə həmin iddialara görə, Rafil Həsənovun hazırda Masallıda çörək zavodu var və oradan əldə edilən gəlir icra başçısı ilə bölüşdürülür.
Bir başqa məlumatlara görə, Masallıda fəaliyyət göstərən kiçik çörək sexləri və təndirxanaları sıradan çıxarmaq üçün də icra başçısı bəzi addımlar atıb. Lakin sonradan ətrafındakı şəxslər Rafil Hüseynovu başa sala biliblər ki, həmin sex və təndirxanaların sıradan çıxarılması, rayonda yeni sosial gərginliklər yarada bilər. Məhz bu arqumentdən sonra icra başçısı geriyə addım atmağa başlayıb. Amma yenə də, rayonun rəhbərliyi vaxtaşırı sahibkarları «yada salacaq».
Qarşı tərəfi də dinləməyə hazırıq.
P.S. Yaxın günlərdə Masallının icra başçısı Rafil Hüseynovun Bərdədəki evi, qaynı üçün yaratdığı şərait, klinikasının fotolarını oxuculara təqdim edəcəyik.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər