BolgeXeber.Com » Ölkə » “Neptun»dan məlumatları kim sızdırır?

“Neptun»dan məlumatları kim sızdırır?

23-11-2015, 13:38
Oxunub: 778 “Neptun»dan məlumatları kim sızdırır?Saytlardan birinin baş redaktorunun qardaşı marketlər şəbəkəsinə sirr qoymayıb

«Neptun» Marketlər Şəbəkəsi haqqında son dövrlər mətbuatda gedən yazıların konkret kimlər tərəfindən və hansı məqsədlə mətbuata ötürüldüyü ortaya çıxıb. JAM.AZ xəbər verir ki, bununla bağlı şirkətdə aparılan araşdırmalar zamanı məlum olub ki, işin içində mətbuatla sıx bağlı olan şirkət işçisi mütəmadi olaraq məlumat ötürüb.

Həmin məlumatlarda şirkətin bütün fəaliyyəti, o cümlədən gördüyü işlər haqqında geniş bilgilər verilib. Məqsəd isə bu məlumatların maddi məsələyə çevrirmək olub.

İşin ən ilginc tərəfi isə «Neptun»da sirr qoymayan şəxsin fəaliyyət göstərən saytlardan birinin baş redaktorunun qardaşı olmasıdır. Verilən məlumatda vurğulanır ki, baş redaktorun «Neptun»da işləyən qardaşı mütəmadi olaraq məlumatlar ötürərək, şirkəti mətbuatın gündəmindən düşməyə qoymayıb.