BolgeXeber.Com » Ölkə » Kərəm Həsənov Göyçayda vətəndaşları qəbul edəcək

Kərəm Həsənov Göyçayda vətəndaşları qəbul edəcək

23-11-2015, 15:51
Oxunub: 5 040 Kərəm Həsənov Göyçayda vətəndaşları qəbul edəcəkMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 27 noyabr 2015-ci il tarixində Göyçay rayonunda vətəndaş qəbulu keçiriləcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Göyçay, Ucar, Kürdəmir, Zərdab, İsmayıllı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.
Vətəndaş qəbulu saat 11:00-da Göyçay şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.
Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.
Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsi: (02021) 3-02-56, (02021) 3-02-76

Komitənin daha bir məlumatı 24 noyabr 2015-ci il, saat 10:30-da Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında (Bakı şəhəri, Hüseyn Cavid prospekti, 31 ünvanında, Elmlər Akademiyası metro stansiyasının arxası) “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə: bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində optimal yanaşmalar” mövzusunda keçiriləcək İşgüzar Forumla bağlıdır. Məqsəd torpaq münasibətlərinin tənzimlənməsində Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi “bir pəncərə” prinsipinin mahiyyəti, bələdiyyə torpaqlarının qeydiyyatı və idarəçiliyində əhəmiyyəti barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda, bələdiyyə torpaqlarının mülkiyyətə, icarəyə və istifadəyə verilməsində komitə, bələdiyyələr və aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi və əmlak məsələlərinin həlli yollarının birgə müzakirəsidir.

Tədbirdə Komitənin Aparatı, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri, eləcə də 30-a yaxın şəhər və rayon bələdiyyəsinin sədrləri iştirak edəcək.

Kütləvi İnformasiya vasitələrinin nümayəndələri İşgüzar Foruma dəvətlidir