BolgeXeber.Com » Ölkə » Burada əmək veteranı olmaq iki vur ikidir...

Burada əmək veteranı olmaq iki vur ikidir...

6-05-2016, 09:51
Oxunub: 3 298 Burada əmək veteranı olmaq iki vur ikidir...Gəncədə Azərbaycan Pespublikası müharibə, əmək, silahlı qüvvələr və hüquq mühafizə orqanları veteranlar şurasının sədri Yusif Məmmədov, əmək veteranları vəsiqəsinə müştəri tapmaq sevdasına düşüb

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 23 fevral 2015-ci il tarixli sərəncamına əsasən, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Böyük Vətən Müharibəsinin 70 illiyi ilə əlaqədar olaraq 16 aprel 2015-ci il tarixdə 37 saylı sərəncamından sonra, Gəncə şəhər veteranlar şurasını sədri Yusif Məmmədov əmək veteranı vəsiqəsinə alıcı axtarır desək, yəqin ki, yanılmarıq. Belə ki, Y.Məmmədov Gəncədə bir çox idarə və müəssisələrə, o cümlədən orta məktəblərə yazılı müraciətlər edərək ölkə başçısının, Nazirlər Kabinetinin səlahiyyətlərini öz üzərinə götürərək, əmək veteranı adı almaq istəyənlərə öz "vasitəçiliyini" məktubla bildirmişdi. Belə ki, Gəncə şəhər idarə və təşkilatlarında əmək veteranı almaq istəyənlərə məktubla müraciət edən Yusif Məmmədov, Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci tarixli 216 saylı "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında əsasnamə"sinə öz əlavələrini etməyi belə unutmayıb. Vaxtilə hüqquq-mühafizə orqanlarında çalışan və 90-cı illərdə dəmir yolu xətt milis(polis) qovşağında rəis vəzifəsini daşımış Yusif Məmmədov, bütün zamanlarda bəhrə götürmək bacarığına malık olanlardandır. Yusif Məmmədovun əmək veteranı adının kimlərə və ya nə vaxt veriləcəyi ilə bağlı canfəşanlığının səbəbi, Gəncədə onu tanıyanlara yəqin ki, gün təki aydındır. Təəssüf doğuran haldır ki, ölkənin ikinci böyük şəhərinin veteranlar şurasının sədri hələ bilmir ki, hər hansı idarə və ya müəssisənin əməkdaşına hansısa titulun verməsinə səlahiyyəti çatmır. Artıq bu gün cəmiyyət, ölkə, 90-cı illərin ab-havası ilə deyil, demokratik qanunlarla idarə olunan bir cəmiyyətdə yaşayırlar. Bütün titul və rütbələri Yusif Məmmədovlar deyil, məhz ölkə başçısı təltif edir.
P.S. Bir zamanlar ölkənin qanlı-qadalı günlərində, yəni 90-cı illərin əvvəllərində ehtiyac uçbatından Gəncə dəmir yolu vağzalına hər səhər yaxın rayonlardan elektrik qatarı ilə gələrək ərzaq, xüsusilə də un alan kənd sakinləri 11.30-da hərəkət edən qatarla geri qayıdarkən, əksər hallarda "oblavaya" da düşürdülər. Milisin (polis) onlardan müsadirə etdikləri un və digər ərzaq məhsulları, elə həmin gün 17.30 radələrində hərəkət edən qatarla gedənlərə satılırdı. Təbii ki, dəmir yolunda vətəndaşların axırıncı qismətini müsadirə adı ilə əlindən alan, sonra da digərlərinə satan milis(polis) işçilərinə həmin əmrləri verənlərdəndən, bu gün ya əmək veteranı, yaxud da müharibə veteranı adı daşıyanlardan onları tanıyanlardan, yəqin nki, sağ olanları da var. Görəsən gəncəlilərdən, əmək veteranlarından həmin hadisələri xatırlayanlar varmı?
Gundemxeber.az