BolgeXeber.Com » Ölkə » İcra başçısı müavininin şirkətləri - FOTOLAR

İcra başçısı müavininin şirkətləri - FOTOLAR

25-05-2016, 16:26
Oxunub: 2 741 İcra başçısı müavininin şirkətləri - FOTOLARAzərbaycanda bir çox məmurların yerində olmadığı, işlərinin öhdəsindən gələ bilmədikləri qeyri-adi hadisə deyil

Elə bizrnesə qurşanıb, məmurluğa ikinci dərəcəli vasitə kimi baxanlar da az deyil.Beyləqanda da analoji durum yaşanır. Vəziyyət belədir ki, rayon İcra Hakimiyyəti başçısının müavini Məhəmməd Qələndərov bütün işləri unudaraq, başını biznesinə qatıb.



Böyük biznesə gedən yol

Qeyd edək ki, Beyləqan İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Məhəmməd Qələndərov öz səlahiyyətlərini bir kənara qoyaraq, başqa işlərə qurşanmağa başlayıb. JAM.AZ xəbər verir ki, keçmiş icra başçısı İrşad Əliyevin dövründə qılıncının dalı da, qabağı da kəsən Qələndərov, Beyləqanın külli-ixtiyar sahibi kimi özünü aparsa da, hazırda havası bir az yatıb.

Bildirək ki, Məhəmməd Qələndərov İrşad Əliyevin icra başçısı olduğu dönəmlərdə «qara vəzir» ampluasından çıxış edərək, rayon sakinlərinə divan tutmaqla məşğul olub. Vaqif Abdullayevin Beyləqana icra başçısı təyin olunmasıdan sonra Qələndərovun hökmüranlığının sona çatdırıb.

Nəzərinizə çatdıraq ki, Vaqif Abdullayev icra başçısı təyin olunandan sonra sözügedən şəxs onun üzünə ağ olub. Bundan başqa, o, daha bir neçə məsələdə ciddi səhvlərə yol verib ki, nəticədə müavinin işdən çıxarılması məsələsi gündəmə gəlib.



Müavinin tenderlik şirkətləri hansılardır?

Qeyd edək ki, Beyləqan rayonunda indiyə qədər həyata keçirilmiş tenderlərin böyük əksəriyyəti məhz Məhəmməd Qələndərovun rəhbəri olduğu şöbənin səlahiyyətində olub. Elə bu səbəbdəndir ki, rayondakı tenderlərlə bağlı yeyintilərdə əsasən onun adı halanır. Bildirilir ki, Qələndərovun adının bu tip işlərdə hallanması heç də səbəbsiz olmayıb.

Belə ki, o, özünün qohumları, tanışları və yaxınlarını qeyri-qanuni yollarla qalib elan edərək, büdcə vəsaitlərinin silinməsini həyata keçirib. Bu pullar əsasən abadlaşdırma, tikinti və təmir işlərində «sərf» olunub. Buraya inventarlar və avadanlıqların alınmasını da əlavə edərsək, o zaman kifayət qədər böyük rəqəmlərin ortaya çıxmasına şahid olacağıq.

Nəzərinizə çatdıraq ki, bütün bunlar İrşad Əliyevin icra başçısı olduğu dönəmlərdə baş verib və hazırda da Qələndərov istəyini reallaşdırmağa çalışır. Bu əsnada, Beyləqan icra başçısının müavininin tenderlərdə qalib etdiyi və şəxsi nəzarətində olan şirkətlərinin adlarını müəyyənləşdirib. Həmin şirkətlər sırasında «Murad-Elmir» MMC, «Təmir-Tikinti» LTD, «Mirdamət-2008» MMC və «İlkin -İM» MMC var. Lakin bu da son deyil. Çünki belə şirkətlərin sayı həddindən artıq çoxdur və hamısı da bir mövsümlük fəaliyyət göstərdikdən sonra bağlanılıb.

Qeyd edək ki, Məhəmməd Qələndərov İrşad Əliyevin icra başçısı olduğu 7 il ərzində bu şirkətlərin imkanlarından yararlanıb. Büdcə vəsaitlərini həmin şirkətlərin hesabına köçürərək, oradan «təmizləyib».


Fitnes zalına çevrilmiş kitabxana

Məhəmməd Qələndərovun biznesi təkcə tenderlər üzərində qurulmayıb. Onun həmçinin başqa biznes sahələri də var. Məsələn, onun bir müddət əvvəl Sovet dövründən qalma kitabxananı 30 min manata aldığı məlum olub. Bəlli olub ki, həmin kitabxananı fitnes kluba çevirən icra başçısının müavini təmir işlərinə daha 70 min manat xərcləyib.

Beyləqanda fitnes klubun kimə və nəyə lazım olduğu məlum olmasa da, bunun investisiya xatirinə edildiyi qətiyyən şübhə doğurmur. Həmçinin müavin əlindəki vəsaitləri ticarət işlərinə də sərf edərək, dövriyyəsini artırmağa çalışır.



Bahalı daşlarla hörülmüş döşəmə

Onu da bildirək ki, Məhəmməd Qələndərovun Mədəniyyət və Turizm Şöbəsinin yaxınlığında çox bahalı daha bir obyekti də var. İcra başçısının müavini bu obyektinə xüsusi diqqət yetirir. Səbəbi məlum olmasa da, bilinən odur ki, həmin obyektin döşəməsinə həddindən artıq baha qiymətə aldığı daşlar döşətdirib.

P.S. Növbəti günlərdə Məhəmməd Qələndərovun daha hansı biznes sahələrinə pul yatırdığı barədə geniş məlumat verəcəyik. Qarşı tərəfi də dinləməyə hazırıq.
İcra başçısı müavininin şirkətləri - FOTOLAR
İcra başçısı müavininin şirkətləri - FOTOLAR
İcra başçısı müavininin şirkətləri - FOTOLAR
İcra başçısı müavininin şirkətləri - FOTOLAR
İcra başçısı müavininin şirkətləri - FOTOLAR