BolgeXeber.Com » Ölkə » Nə qədər istəyirsənsə, oyna... QAZANMAYACAQSAN! - "Topaz"dan şok fırıldaq

Nə qədər istəyirsənsə, oyna... QAZANMAYACAQSAN! - "Topaz"dan şok fırıldaq

7-06-2016, 16:44
Oxunub: 2 556 Nə qədər istəyirsənsə, oyna... QAZANMAYACAQSAN! - "Topaz"dan şok fırıldaqİyunun 10-da futbol üzrə Avropa çempionatı start götürəcək

Bolgexeber.com sport7.az-a istinadla xəbr verir ki, Fransanın ev sahibliyi etdiyi turnir üçün bukmeker kontorları müxtəlif mərc növlərini azarkeşlərinə təqdim edib.

Bunlardan biri də ölkəmizdə rəsmi mərc şirkəti kimi fəaliyyət gösrtərən "Topaz"dı. Ancaq bukmeker kontoru yenə müştərilərinə fırıldaq gəlməkdə niyyətlidi. Özü də bu dəfə fırıldaq daha açıq şəkildə nəzərə çarpır.
Məsələ burasındadı ki, "Topaz" mərc həvəskarlarından "Avro-2016"da kimin bombardir olacağını soruşur. Təxmin üçün də müxtəlif əmsallarla 37 futbolçunun adı qeyd olunub. Amma iş burasındadı ki, təklif olunan futbolçular arasında bombardir olacağı 12 əmsalla qiymətləndirilən, ancaq Fransa millisinə dəvət almayan Kərim Benzemanın da adı daxil edilib. Bundan başqa final mərhələsində iştirak etmək üçün Almaniya yığmasına cəlb edilməyən Marko Roysun da adı "Topaz" tərəfindən mərc həvəskarlarına təqdim edilib. Almaniyalını televiziya qarşısında yarışı izləyəcəyi halda "Topaz" onun bombardir olacağını 27 əmsalla qiymətləndirib. Sizcə, bunun adı fırıldaq deyil, bəs nədi?
Nə qədər istəyirsənsə, oyna... QAZANMAYACAQSAN! - "Topaz"dan şok fırıldaq
Nə qədər istəyirsənsə, oyna... QAZANMAYACAQSAN! - "Topaz"dan şok fırıldaq