BolgeXeber.Com » Ölkə » Baba Rzayevin Qarabağ əlilinə zülmü... - Prezidentə şikayət olundu

Baba Rzayevin Qarabağ əlilinə zülmü... - Prezidentə şikayət olundu

9-06-2016, 12:05
Oxunub: 3 540 Baba Rzayevin Qarabağ əlilinə zülmü... - Prezidentə şikayət olunduÖlkəni silkələyən “MTN” işindən sanra, bir çoxları haqlı cəzalarını aldılar

Buna baxmayara, hələ də məmur özbaşınalığı davam edir.Bu tipli məmurlar haqqında,”Gündəm xəbər”in elektron poçtuna göndərilən şikayət məktublarının sayı-hesabı yoxdur. Bu dəfə redaksiyamıza müraciət edən, Sumqayıt şəhər sakini, I qrup Qarabağ qazisi, Malik Məcidov “Azərişıq”ASC sədri Baba Rzayev müavinləri Xailq və Rövşənin ona etdiyi zülmdən şikayətlənir.Adlarını qeyd etdiyimiz, məmurlar fərqində deyillər ki, Maik Məcidov kimi qəhrəman oğullar olmasaydı, onlar yumşaq kreslolarına yaypanaraq, top-dağıtmaz sərvətə sahiblənə bilməzdilər...

Qeyd edək ki, M.Məcidov Daşaltı döyüşlərində 28 qəlpə və güllə yarası alıb.Onu ölmüş bilərək, döyüş xəttindən götürüb Ağdam morquna yerləşdiriblər. Üç gündən sonra,morqda övladını axtaran bir ata, M.Məcidovda həyat əlaməti hiss edərək həkimlərə xəbər verir.Yaralı dərhal Hərbi Hosritala yerləşdirilir. Uzun müddətli müalicədən sonra, M.Məcidov “ölüb-dirilən”ləqəbi ilə tanınır. M.Məcidovun ölkə başçısı, İlham Əliyevə ünvanladığı şikayət ərizəsini dərc edirik.

“Hörmətli Prezident, 1-ci qrup Qarabağ müharibəsi əliliyəm. Müharibəyə qədər Bakı şəhərində yerləşən ( köhnə avtovağzalın yanı) işıq idarəsində işləmişəm. Hal-hazırda “Azərişıq” ASC-nin sədri Baba Rzayevdən başqa bu günə qədər, yəni 2015-ci ilin aprelinə qədər mənə qurumun rəhbərlyi mərhum prezdent Heydər Əliyevin Qarabağ əlillərinə olan “Dövlət qayğısını” ön plana çəkilməsi ilə əlaqədar maddi yardımlar etmişlər. Lakin, 23.05.2016 – cı il tarixdə saat 11:00 radələrində, qurumun sədri Baba Rzayevin təlimatı ilə müavini Xaliq və Rövşən məni imtiyazlı kateqoriyalı əlil kimi növbədənkənar qəbul etmək əvəzinə, məni döydülər, bədənimdəki yaralarıma ( ağır əməliyyatdan çıxmışam) xəsarət yetirdilər, sonra da məni oradan uzaqlaşdırmaq üçün polisləri çağırtdılar və mənə yardım etmək əvəzinə,oradan zor tətbiq etməklə uzaqlaşdırdılar. Polislər bildirdilər ki, idarə rəisinin müavini, Xaliqin qardaşı dənizdə boğulub.Bu səbəbdən o əsəbidir, buradan çıx get...”
Daha sonra şikayətçi bəzi ittihamları da səsləndirir ki, DİA.AZ olaraq qeyd olunanları yazmağı məqsədəuyğun bilmədik. Lakin yenə də vətənimizin bütövlüyü uğrunda QƏHRƏMANLIQ göstərərək əlil olmuş, Malik Məcidov olayını diqqətdə saxlayacayıq.