BolgeXeber.Com » Ölkə » Ziya Məmmədov arxası üstə düşmüş tısbağaya bənzədildi - AÇIQLAMA

Ziya Məmmədov arxası üstə düşmüş tısbağaya bənzədildi - AÇIQLAMA

20-09-2016, 18:11
Oxunub: 2 454 Ziya Məmmədov arxası üstə düşmüş tısbağaya bənzədildi - AÇIQLAMASon zamanlar nəqliyyat naziri Ziya Məmmədovun tutduğu vəzifədən kənarlaşdırlacağına dair ehtimallar dolaşır

Onun hökumətin bütün tədbirlərindən kənarlaşdırılması, Dəmir yolu, Beynəlxalq Avtovağzal və Nəqliyyatın İntellektual İdaretmə Mərkəzinin (NİİM) rəhbəri olduğu nazirlikdən alınaraq, Bakı Nəqliyyat Agentliyinə həvalə olunması kimi faktlar onun yaxın vaxtlarda istefaya göndəriləcəyi barədə ehtimalları gücləndirir. Bəzi məlumatlarda isə bildirilir ki, Nəqliyyat Nazirliyi ümumiyyətlə ləğv oluacaq. Beləliklə, Z.Məmmədovu artıq “vurulmuş” kadr saymaq olar.

Savash.org xatırladır ki, hələ ötən il Avropa Oyunları zamanı olimpiya kəndində baş verən avtoqəzadan sonra Ziya Məmmədov hədəfə gəlib. Nəqliyyat Nazirliyinin bir çox səlahiyyətləri qurumdan alınıb. Ziya Məmmədovun qardaşı Elton Məmmədov parlamentdən kənarda qoyulub. Oğlu Anar Məmmədovun ABŞ-da hakimiyyətin təbliği ilə məşğul olan Azərbaycan-Amerika Alyansı fəaliyyətini dayandırıb. Bu proseslərin məntiqi sonluğu kimi Z.Məmmədovun işdən çıxarılacağı bildirilirdi. Lakin bütün baş verənlər fonunda Ziya Məmmədov hələ də postunu qorumağı bacarıb. Amma bu günlərdə Qərb mətbuatının Z. Məmmədovun əleyhinə kəskin yazılar tirajlaması nazir üçün sonun başladığına bir eyhamdır. Bir sözlə, onun senytabrın 26 -da baş tutacaq referendumdan sonra vəzifəsindən azad olunacağı bildirilir.

Politoloq Zərdüşt Əlizadə mövzuyla bağlı Savash.org-a bildirib ki, Nəqliyyat Nazirliyinin fəaliyyəti yarıtmazdır və nazir Ziya Məmmədov bu günə qədər xaqın pulllarını mənimsəməklə məşğul olub: "İndi də onun işdən azad olunacağına dair mütəmadi məlumatlar yayılır. Bu məlumatları təsdiq edən faktlar da ortaya qoyulur. Məlumdur ki, ölkə başçısı hansısa naziri birdən- birə işdən azad etmir. Əvvəlcə onun səlahiyyətləri əlindən alınır, tutduğu postdan isə daha sonra azad edirlər. Nəqliyyat Nazirliyinin az qala bütün funksiyaları əlindən alınıb. Bu o deməkdir ki, Ziya Məmmədov da işdən kənarlaşdırılacaq. Amma düşünürəm ki, prosesi birdən - birə deyil, tədricən gerçəkləşdirəcəklər. Çünki Ziya Məmmədov uzun illərdir ki nazirdir, həmin illər ərzində o kifayət qədər güclənib, ətrafını formalaşdırıb. Odur ki, hər şeyi tədricən edirlər "

Tanınmış köşə yazarı Zamin Hacı Savash. org-a açıqlamasında nazirin "vurulması"ilə bağlı bunları deyib: " Belə bir məsəl var. Deyirlər, tısbağanı ya öldür, ya da arxası üstə çevir, eyni şeydir. Ziya Məmmədovun başına gələnlər də təxminən həmin məsələyə oxşayır. Ziya Məmmədovun rəhbərlik etdiyi struktur uzun illər pulyuma aparatı kimi fəaliyyət göstərib. Bir az da obrazlı desək o, paltaryuyan maşın rolunu oynayırdı. Çirkli pulları yumaq məqsədilə neft gəlirlərinin bir hissəsi nəqliyyat sahəsindəki layihələrə xərclənirdi. Bu sahəyə milyardlarla vəsait ayrılırdı. Amma 2 ildir ki, həmin milyardlar yoxdur, Ziya Məmmədovun da fəaliyyətinə ehtiyac qalmayıb. Bu mənada Ziya Məmmədov artıq lazımsız fiqura çevrilib. Baxın, elə nazirlər var ki, "vurulanda " təslim olmur, mübarizə aparırlar. Amma Ziya Məmmədov ona ehtiyac qalmadığını başa düşüb və əlini qaldıraraq təslim olub."