Akif Çovdarov ''Qızıl Şahmar''dan 1 milyon... - Tasa otuzdurub
21-09-2016, 15:23
Oxunub: 3 178
Sabiq MTN generalı Akif Çovdarovun qurbanı olan iş adamlarından biri Şahmar Qurbanovun brilliantlarının əlindən necə alınmasının detalları bəlli olub
Bolgexeber.com xəbər verir ki, “qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, “Riyad Prodakşn” şirkətinin rəhbəri Ş.Qurbanovun “soyulması” A.Çovdarovun idarədə müavini olduğu 2007-ci ildə baş verib.
“Riyad prodaşkn” qızıl istehsalı ilə məşğul olurmuş. Ş.Qurbanov bir gün MTN-ə çağırılıb, ona MTN rəhbərliyinə yaxın olan “Qroşa” ləqəbli iş adamına borclu olduğu xatırladılıb və borcu qaytarması “məsləhət olunub”. Bundan başqa, Ş.Qurbanov, 1 milyon manat verməcəyi təqdirdə qaçaqmalçılıqda və narkotik vasitələrin daşınmasına ittiham edilərək həbs ediləcəyi deyilib. Qızıl istehsalçısı Şahmar Qurbanov “Qruşa”nın borcunu qaytarıb.
Ardınca, Ş.Qurbanov A.Çovdarovun tələb etdiyi 1 milyon manatı qaytarmağa başlayıb. O, 100 min manata Xətai rayonunda mənzil alaraq Çovdarovun yaxın adamı və MTN əməkdaşı, əməliyyat müvəkkili İskəndər Hüseynovun həyat yoldaşı Xədicəxanım Hüseynovanın adına keçirib. Akif Çovdarov yerdə qalan məbləğin hansı formada qaytarılması üçün İstanbulda Şahmar Qurbanovla görüşüb.
Razılaşmadan sonra Azərbaycana qayıdan iş adamı qızıl dükanlarını sataraq Binəqədi rayonunda şəxsən A.Çovdarovla görüşərək, ona 500 min dollar verib. Qalan məbləğin alınması üçün İskəndər Hüseynov Dubaya gedərək Ş.Qurbanovla görüşüb. Burada Ş.Qurbanovdan 9 ədəd 1 karatlıq, 1 ədəd 3 karatlıq brilliant, 1500 dollarlıq sığa, küpə, 360 min dollar dəyərində 2 ədəd 4 karatlıq brilliant, 1 ədəd 5 karatlıq brilliantlar alınıb.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər