BolgeXeber.Com » Ölkə » Təhsil nazirinin menyusuna - Valideynlərə " Kitabı özün al" oyunu davam edir

Təhsil nazirinin menyusuna - Valideynlərə " Kitabı özün al" oyunu davam edir

30-09-2016, 16:11
Oxunub: 2 256 Təhsil nazirinin menyusuna - Valideynlərə " Kitabı özün al" oyunu davam edir5- ci sinif şagirdlərinə xarici dil dərslikləri verilmir

Bizimxeber.az-a valideynlər tərəfindən verilən məlumata görə, Bakı şəhərində demək olar ki bütün məktəblərdə vəziyyət eynidir.
Valideynlər bildirir ki, rus, alman, fransız dili dərsliklərini 6-8 manat arasında dəyişən qiymətlərlə kitab mağazalarından alırlar. Dərsliklərin niyə verilmədiyini dəqiqləşdirmək üçün bir neçə mətkəb direktoru ilə əlaqə saxladıq.
Adının çəkilməsini istəməyən direktorlar bildirdilər ki, Bakı şəhər Təhsil İdarəsi tərəfindən kitablar verilməyib tapçırılıb ki, valideynlər özləri alslnlar: “Biz də valideynlərə tapşırmışıq ki, kitabları özləri alsınlar. Kitab verilsin ki, biz də şagirdlərə verək. Bu il əksər kitabları məktəblərə vermədilər. Müxtəlif bəhanələr gətirdilər. Buna direktor neynəsin. Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayın”.
Bizimxeber.az-ın araşdırmalarına görə, bu il yuxarı sinif şagirdləri üçün kütləvi xarici dil dərslikləri çap olunub. Amma məktəblərə paylanmaq əvəzinə konkret kitab mağazalarında satışa qoyulub. İndi paytaxtın əksər kitab satışı mağazalarında 5,6,7,8,9 və yuxarı sinif şagirdləri üçün xarici dili kitablarını pulla almaq olar.
Faktla bağlı araşdırmalarımız davam edir…
Təhsil nazirinin menyusuna - Valideynlərə " Kitabı özün al" oyunu davam edir
Təhsil nazirinin menyusuna - Valideynlərə " Kitabı özün al" oyunu davam edir