BolgeXeber.Com » Ölkə » Şagirdin intihar etməsi ilə əlaqədar xidməti araşdırma başa çatıb - RƏSMİ

Şagirdin intihar etməsi ilə əlaqədar xidməti araşdırma başa çatıb - RƏSMİ

10-04-2019, 17:33
Oxunub: 2 732 Şagirdin intihar etməsi ilə əlaqədar xidməti araşdırma başa çatıb - RƏSMİTəhsil Nazirliyində Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı iclas keçirilib.

Nazirlikdən verilən məlumata görə, iclasda hadisənin təfərrüatının araşdırılması məqsədilə yaradılan xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi Aparatının rəhbər şəxsləri iştirak ediblər.

İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb.