BolgeXeber.Com » Ölkə » Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlama

Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlama

24-01-2020, 10:40
Oxunub: 3 292 Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlamaBakı Şəhər Baş Polis İdarəsi paytaxt məktəblərində uşaq oğurluğuna cəhd olunması barədə yayılan məlumatlarla bağlı araşdırmalar aparır.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 96 və 67 saylı orta məktəblərin qarşısında valideynlər şübhəli bir qadın görüblər. Onun azyaşlı qızlara yaxınlaşaraq telefon verəcəyi vədini verib yaxınlıqdakı maşına aparmaq istədiyi iddia olunur.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev AZXEBER.COM-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan məlumatlar Bakı şəhər Baş Polis İdarəsinin nəzarətinə götürülüb: "Tərəfimizdən müvafiq araşdırmalar aparılır”.

Qeyd edək ki, dünəndən sosial şəbəkələrdə bu foto paylaşılaraq qadının 3 kişi ilə bərabər qızları oğurlamağa cəhd etdiyi bildirilir.