BolgeXeber.Com » Ölkə » ETSN-nin regionlarda gördüyü işlər göz qabağındadır-FOTO,VİDEO

ETSN-nin regionlarda gördüyü işlər göz qabağındadır-FOTO,VİDEO

7-06-2020, 10:38
Oxunub: 2 544 Ölkədə təbiətin mühafizəsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması böyük sosial-iqtisadi əhəmiyyət kəsb edir.
 
Ekologiyanın qorunması və ətraf mühitin mühafizəsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərini təşkil edir.
Təsadüfi deyil ki,ekoloji problemlərə həsr olunmuş müşavirələrdə Prezident İlham Əliyev qeyd edib ki:”Ekologiya məsələləri hər bir ölkə üçün, hər bir vətəndaş üçün vacib olmalıdır. Bu, insanların sağlamlığıdır. Sağlam ekoloji mühit, sağlam hava, təmiz su-bütün bunlar insanın həyatı üçün ən əhəmiyyətli məsələlərdir”
 
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi  tərəfindən ekologiya və ətraf mühitin mühafizəsinə ciddi diqqət yetirir, bu istiqamətdə məqsədyönlü addımlar atır və görülən işlər göz qabağındadır.
 
 Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən son illər   ölkənin ekoloji durumunun sağlamlaşdırılması, təbii sərvətlərdən səmərəli istifadə, mövcud su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, biomüxtəlifliyin qorunması, yaşıllıqların artırılması, neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, sənaye-məişət, o cümlədən təhlükəli tullantıların utilizə olunmasının təmini istiqamətində   böyük  işlər aparılmışdır.Bu baxımdan nazirliyin fəaliyyətini təqdirəlayiq hesab etmək olar. 
 
Nazirlik tərəfindən  həmçinin   regionlarda da ekologiyanı pozanlara, yaşıllığı məhv edənlərə qarşı qanuna müvafiq ciddi tədbirlər görüldüyündən bu regionlarda turizmin inkişafına səbəb olub.
Buna ,BOLGEXEBER.COM və BÖLGƏ TV -nin  yeni start verilən “Ekologiyamızı necə qoruyaq” rubrikası çərçivəsində  Zaqatala , Qax, Şəki, Qəbələ, İsmayıllı, Oğuz rayonlarına səfəri zamanı jurnalistlər də şahid olublar.
 
BÖLGƏ TV-nin əməkdaşları adıçəkilən rayonlarda sakinlərlə görüşərək söhbətlər ediblər, sorğu aparıblar.
Sakinlər təsdiq ediblər ki, son illər ekologiya çox yaxşı qorunur, rayonlarında mütəmadi olaraq əğaclar əkilir, yaşıllılar salınır.
 
Qeyd edək ki, bu  rayonlar bir çox rayonlarımız kimi  meşələri, zəngin təbiəti, özünəməxsus mətbəxi və adət-ənənələri baxımından turistlər üçün çox cəlbedicidir.
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gördüyü müsbət işlər nəticəsində  adıçəkilən regionlara turistlərin sayı ildən-ilə artır. Bunu onlarla aparılan söhbət zamanı sakinlər də təsdiqlədi.Yaxın saatlarda mövzu ilə bağlı reportajı izləyə biləcəksiz.