BolgeXeber.Com » Ölkə » Göygöldəki hadisədə ölən 6 nəfər istirahətdən qayıdırmış - TƏFƏRRÜAT
Göygöldəki hadisədə ölən 6 nəfər istirahətdən qayıdırmış - TƏFƏRRÜAT
2-07-2022, 11:04
Oxunub: 2 360
Ötən gecə Göygöl rayonunda 6 nəfərin öldüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Bolgexeber.com "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə 1994-cü il təvəllüdlü Orxan Hümbətovun idarə etdiyi "Vaz 2107" markalı avtomobil Hacıkənd-Göygöl yolundan Bakı-Qazax magistralına çıxarkən baş verib. Belə ki, Gəncə istiqamətində hərəkət edən minik avtomobili sürətli yola çıxarkən magistralda hərəkətdə olan "Daf" markalı TIR-ın zərbəsinə tuş gəlib. Nəticədə minik avtomobilində olan 6 nəfərin hamısı vəfat edib.
İlkin araşdırmalar zamanı məlum olub ki, minik avtomobilini idarə edən Orxan Hümbətovun sürücülük vəsiqəsi olmayıb. O, Gəncədəki özəl xəstəxanaların birində çalışırmış.
O da məlum olub ki, hadisə nəticəsində ölən şəxslər Göygöl rayonunun Hacıkənd qəsəbəsi istiqamətində istirahətə gediblərmiş. Belə ki, sürücü Orxan Hümbətov Samux rayonunun Sərkər kənd sakini olub. O, həyat yoldaşı Sona Hümbətova (1996-cı il), 3 yaşlı oğlu İbrahim, qohumları - Bakı sakini Fidan Nemətli (2000-ci il), Gəncə sakini Aylin Yusifova (2009-cu il) və Goranboy sakini Elsevər Şahməmmədovla ( 2001-ci il) birgə istirahətdən qayıdarkən dəhşətli hadisə baş verib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər