BolgeXeber.Com » Ölkə » Dövlət qulluqçularının sayı azalıb, maaşı artıb - STATİSTİKA

Dövlət qulluqçularının sayı azalıb, maaşı artıb - STATİSTİKA

2-07-2022, 14:03
Oxunub: 2 464 2022-ci ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda dövlət qulluqçularının sayı 26 655 nəfərdir. Onların 28 faizini qadınlar təşkil edir.
Bolgexeber.comrəsmi statistikaya istinadən xəbər verir ki, 2015-ci ildən sonra dövlət qulluqçularının sayı azalır. Yeddi il əvvəl 30 123 dövlət qulluqçusu olub. Onların sayı ötən müddətdə 3 468 nəfər azalıb.


Ötən il dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,8 faiz artaraq 1 274,1 manat olub. 2015-ci illə müqayisədə isə orta maaş təxminən 2 dəfə artıb.


Dövlət qulluqçularının maaşında xüsusi artım 2018, 2019 və 2020-ci ildə qeydə alınıb. Belə ki, 2017-ci ildə orta maaş 691 manat olduğu halda, 2018-ci ildə 797 manata, 2019-cu ildə 1022 manata, 2020-ci ildə 1215 manata yüksəlib.

2021-ci ildə inzibati vəzifələr üzrə rəhbər işçilərin maaşı 1492 manat təşkil edib.


Dövlət qulluqçuları arasında ən yüksək əməkhaqqı Bakı şəhərində, ən aşağı əməkhaqqı Qarabağ iqtisadi rayonundadır. Paytaxtda orta maaş 1731 manat (rəhbər işçilərdə 3080 manat), Qarabağda isə orta maaş 797 manatdır (rəhbər işçilərdə 932 manat).